Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:40

Papa sülhə çağırdı


Papa Francis (
Papa Francis (

Roma papası aprelin 1-də dünya katoliklərini Pasxa bayramı münasibətilə təbrik edib.

Papa Fransisk Vatikanda Pyotr meydanında zəvvarlar qarşısında çıxış edib.

O, dünyada sülh və əmin-amanlığın bərqərar olunmasına çağırıb.

Papa Yaxın Şərqi və Afrika ölkələrini xüsusi qeyd edib.

Katoliklərin müqəddəs saydığı torpaqlardan tutmuş "əzablara düçar olmuş sevimli Suriyaya", Cənubi Sudan və Somaliyə qədər sülh yaradılmasına çağırışlar edib.

Papa Fransisk həm də Ukraynadakı münaqişənin tezliklə həll olunacağına, Koreya yarımadasında sülhün bərqərar olunacağına, Latın Amerikası ölkələrində sosial problemlərin çözüləcəyinə ümidini ifadə edib.

Papa işsizlik və narkoticarət kimi bəlalarla mübarizənin vacibliyini qeyd edib.

Bundan başqa qaçqınlara, miqrantlara, uşaqlara, bütün xoş niyyətli insanlara can sağlığı arzulayıb.

Papa günaha batanları Pasxa münasibətilə bağışlayıb. "Məsih dirildi" - deyərək zəvvarların bayramını təbrik edib.

Pasxa - İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian bayramıdır.

Buna da bax: Katolik icması Papanı belə qarşıladı

Katolik icması Papanı belə qarşıladı
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG