Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Pandemiya cəmiyyəti necə parçaladı – Qərb mediası


Argentinada "Hamıya vaksin" tələbiylə etiraz aksiyası, arxiv fotosu
Argentinada "Hamıya vaksin" tələbiylə etiraz aksiyası, arxiv fotosu

Hər 10 respondentdən altısı düşünür ki, pandemiya başlanandan ixtilaflar güclənib

Koronavirus pandemiyası artıq ikinci ildir dünyada normal həyata pozucu təsir göstərir. İnsanların əksəriyyəti isə indi cəmiyyətin pandemiyadan öncəylə müqayisədə daha çox bölündüyünü düşünürlər. Bunu “Pew” tədqiqat mərkəzinin 17 inkişaf etmiş ölkədə keçirdiyi sorğu üzə çıxarıb.

13 ölkədən 12-də

Respondentlərin ortalama 34 faizi özlərini indi birləşmiş vəziyyətdə hiss edirlər. Hər 10 nəfərdən altısı isə düşünür ki, pandemiya başlanandan ixtilaflar güclənib. Həm ötən, həm də bu il sorğu keçirilmiş 13 ölkədən 12-də ziddiyyətlərin əhəmiyyətli dərəcədə artdığı vurğulanır, bəzi hallarda hətta 30 faizdən də artıq.

Mərkəz qeyd edir ki, ixtilafın bir mənbəyi insanların pandemiya vaxtı üzləşdikləri sosial qadağalara münasibətləri ilə bağlıdır, yəni, evdə qalmaq, ictimai yerlərdə məcburi maska taxmaqla.

Ümumilikdə hər 10 nəfərdən dördü düşünür ki, ictimai fəaliyyətə qadağaların səviyyəsi düzgün olub. Təxminən elə bu qədər respondent virusu üstələməkdən ötrü daha çox qadağanı vacib sayıb. Daha az hissə isə məhdudiyyətlərin azaldılmasına tərəfdar olub.

Mövcud ixtilafın dərinləşməsi

Birləşmiş Ştatlarda isə respondentlərin 88 faizi ölkənin pandemiyadan öncəylə müqayisədə daha çox parçalanmış vəziyyətdə olduğunu deyib.

“Ümumi bir həqiqət var ki, ölkədə böhran baş verəndə onsuz da mövcud ixtilaf daha da dərinləşir”, – bunu Harvard universitetinin sosioloqu Teda Skocpol “The Washington Post”a deyib.

Skocpolun fikrincə, ABŞ-da ziddiyyətlərin artmasının daha bir səbəbi virusun qeyri-bərabər yayılması olub. Virus əvvəlcə demokratlara dəstəyin böyük olduğu yerlərdə yayılıb, sonra tədricən respublikaçıların səsvermə bazalarına keçib. Keçmiş prezident Donald Tramp da ayrı-ayrı qubernatorların reaksiyasına güvənib, ölkənin müəyyən hissələrini suçlamaqla bölücülüyü dərinləşdirib, o deyir.

Seul Milli Universitetindən Koreya tarixi üzrə professor Con Diomoya deyib ki, pandemiyanın ilk aylarında inam güclü idi, sonradan hökumətin reaksiyasına etimad azalıb. Pandemiya davam etdikcə bu durum da dəyişmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG