Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Pandemiya dünya futbolunun gündəliyinə dəyişiklik edir


Futbol üzrə Avropa Çempionatı koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yayından 2021-ci ilin yayına keçirilib.

Bu qərar UEFA-nın videokonfrans formatında keçirilən fövqəladə iclasında qəbul edilib.

Bu barədə məlumatı Norveçin Futbol Federasiyası yayıb:

Avropa Çempionatı bu il iyunun 12-dən iyulun 12-dək keçirilməli idi.

Avropada ilk futbol çempionatı keçirilməsinin 60-cı ildönümünə təsadüf etdiyi üçün Avro-2020 çempionatının oyunlarına birdən birə 11 ölkə - Rusiya, İtaliya, İngiltərə, Azərbaycan, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, Niderland, Rumıniya və Şotlandiya ev sahibliyi etməli idilər.

Rusiya matçları Sankt Peterburq şəhərində yer almalıydı.

Avropa Çempionatının vaxtının dəyişdirilə biləcəyinə dair ehtimal barədə ilk dəfə, hələ martın 12-də Fransadaçıxan L'Equipe qəzeti yazmışdı.

Açılış matçı hazırda koronavirus epidemiyasının tüğyan etdiyi İtaliyada olmalıydı.

Son həftə ərzində Avropanın bir çox ölkələri milli çempionatların matçlarını dayandırıblar.

Bu da xəbər verilir ki, 2021-ci ildə keçirilməsi nəzərdə tutulan qadınlar arasında Avropa Futbol Çempionatı, Millətlər Liqasının Finalları və 21 yaşadək futbolçular arasında keçirilən U-21 yarışlarının vaxtları da dəyişdirilməlidir.

Avropa çempionatlarının iştirakçısı olan ölkələrə milli çempionatların iyunun 30-dək başa çatdırılması tövsiyə edilib.

“Futbol tarixinin ən böyük böhranı”

UEFA prezidenti Aleksander Ceferin etiraf edib ki, Avro 2020 çempionatının vaxtının dəyişdirilməsi “baha başa gəlib”, amma bu oyunların azarkeşsiz stadionlarda keçirilməsi futbolsevərləri böyük idman bayramının zövqündən məhrum edə bilrədi.

Ceferin bu vəziyyəti “futbol tarixində ən böyük böhran” adlandırıb, lakin əlavə edib ki, bu böhran həm də “bəzi məsələlərin götür-qoy edilməsi” üçün imkan yaradacaq.

UEFA rəhbəri Twitter hesabından yazır ki, 2021-ci ildə çempionatın matçlarına tamaşa etmək imkanı olmayan azarkeşlərin biletlərə ödədikləri pullar tam qaytarılacaq.

FIFA prezidenti Gianni Infantino deyib ki, Euro 2020 və Copa America 2020 çempionatlarının gələn ilədək təxirə salınması barədə rəsmi qərar martın 18-də qəbul ediləcək.

Infantino bunu da əlavə edib ki, 2021-ci ilin yayında keçirilməsi planlaşdırılan FIFA Klublararası Dünya Kuboku da müzakirə mövzusu olacaq.

Infantinonun bəyanatında bildirilir ki, FIFA COVID19 virusuna qarşı mübarizəyə töhfə olaraq Dünya Səhiyyə Təşkilatının (DST) Həmrəylik Dəstəyi Fonduna 10 milyon dollar köçürəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG