Moskva məhkəməsi müstəntiqlərin Rusiya Mərkəzi Seşki Komissiyasının sədri Ella Pamfilovaya hücumda şübhəli bilinən şəxsin “önləyici tədbir” olaraq həbsdə saxlanmasına dair vəsatətini təmin edib.
Sentyabrın 9-da Basmannı rayon məhkəməsinin Facebook səhifəsində yerləşdirilmiş qərarında deyilir ki, sentyabrın 6-da sübh çağı Pamfilovanın evinə soxulmaqda ittiham olunan Bakhyt Karabalayev, qarət prosesində zorakılıq edib və noyabrın 6-dək həbsdə saxlanacaq.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, maskalı naməlum şəxs Pamfilovanın Moskva ətrafındakı evinə pəncərədən daxil olaraq ona eletroşok tapançası ilə dəfələrlə hücum edib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bu həftə açıqlanmış bəyanatında deyilirdi.
İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko sentyabrın 9-da müxbirlərə deyib ki, Karabalyev dindirmə zamanı törətdiyi əməli etiraf edib.
Bununla yanaşı xanım Petrenko bildirib ki, hücum edən Pamfilovanın evini məqsədli şəkildə hədəfləməyib və Karabalayev həmin evdə kimin yaşadığını bilməyib.
Bu hücumun sentyabrın 8-də keçirilmiş bələdiyyə seçkilərinin ərəfəsində baş verməsinə görə İstintaq Komitəsi bütün mümkün versiyaları diqqətlə araşdıracağını demişdi.