Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:12

'Pambıqçıların zəhərlənməsi işi'ndə tutulanların buraxıldığı deyilir


İmişli rayonunda pambıq tarlası, 22 iyun 2018
İmişli rayonunda pambıq tarlası, 22 iyun 2018

Avqustun 17-də Saatlı Rayon Məhkəməsində pambıq tarlasında çalışan işçilərin kimyəvi zəhərlənməsi faktı üzrə açılmış cinayət işinin məhkəmə istintaqının başlandığı bildirilir.

Məhkəmənin müdafiə tərəfin “həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi” barədə təqdim etdiyi vəsatətə baxıb və onu təmin edildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, təqribən yarım saat davam edən qapalı prosesdən sonra iş üzrə təqsirləndirilənlər buraxılıb:

“ Söhbət MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev və Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbovdan gedir”, deyə bildiriblər.
Ancaq bu deyilənləri, hələlik, Satlı Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
Adları çəkilən şəxslərə ilkin olaraq Cinayət Məcəlləsinin 222.1-ci ( təhlükəsizlik qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan həddə pozma) maddəsi üzrə ittiham irəli sürüldüyü bildirilir. Amma ibtidai istntaq aparıldığı dövrdə onların həmçinin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ( vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə də itttiham verildiyi deyilir.

Bu yaxınlarda Baş Prokurorluq Saatlı, Tərtər, İmişli və başqa rayonlarda pambıqçıların zəhərlənməsinə görə açılmış cinayət işləri üzrə materialların məhkəməyə göndərildiyini açıqlamışdı. Həmin məlumata ümumilikdə 10 şəxsin həbs olunduğu bildirilirdi. Qalan şəxslər haqqında da işin aidiyyatı üzrə yerli məhkəmələrə göndərildiyi bildirilir.

XATIRLATMA

2018-ci ilin iyununda Saatlı, Tərtər, İmişli və dgər rayonların pambıq tarlalarında alaq otlarını təmizləyən işçilər kütləvi olaraq kimyəvi zəhərlənməyə məruz qalıb. Yayılan rəsmi məlumata görə bu hadisədən 200 nəfərədək şəxs zərərçəkmiş kimi tanınıb. Şahidlər isə təsirə daha çox adamın məruz qaldığını, onların “günvurma” ilə müalicəyə cəlb edildiyini deyirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 249.2-ci (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Verilən məlumata görə, xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozmaqla bağlı ümumilikdə 10 nəfər vəzifəli şəxs təqsirləndirilib. Lakin onların əməlinin Cinayət Məcəlləsinin 222.1 və 308.1-ci maddələrinə tövsif edildiyi deyilir. Həbs edilən həmin 10 nəfərlə bağlı işləriin 3 qrup halında, ayrı-ayrılıqda yerli məhkəmələrə göndərildiyi bildirilir.

XS
SM
MD
LG