Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

İndoneziya beynəlxalq yardım istəyir


Indoneziyanın Palu şəhərindsə sunami
Indoneziyanın Palu şəhərindsə sunami

İndoneziya oktyabrın 1-də zəlzələ və sunaminin vurduğu adaya beynəlxalq yardım istəyib. Təbii fəlakət zamanı azı 832 nəfər həlak olub.

Prezident Joko Widodo deyib ki, 7,5 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalanların çıxarılması üçün təcili avadanlıq lazımdır.

Sentyabrın 28-də Sulavesi adasında zəlzələ və sunami baş verib.

Prezident adada yanacaq, elektrik və ərzaq çatışmazlığının da yaşandığını bildirib.

Oktyabrın 1-də hadisə qurbanları üçün kütləvi qəbirlər hazırlanıb. Ölənlərin çoxu Palu şəhərindəndir.

Hadisə yeri
Hadisə yeri

Hakimiytət adanın çox hissəsinə girişin hələ də “məhdud” olduğunu bildirir.

Vitse-prezident Jusuf Kalla sentyabrın 30-da deyib ki, ölü sayı “minlərlə” ola bilər, belə ki, ucqar ərazilərdən informasiya gəlməkdədir.

Qırmızı Xaç təbii fəlakətdən 1,6 milyondan çox adamın ziyan gördüyünü hesablayıb.

***

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 800 nəfəri keçib.

Reutersin sentyabrın 30-da yerli hakimiyyətə istinadla verdiyi məlumata görə, ölü sayı 832 nəfərə çatıb.

Bundan əvvəl 400-ə yaxın adamın öldüyü bildirilirdi.

Hakimiyyət ölü sayının artacağını istisna eləmir.

Xilasedici əməliyyatlar davam etdirilir.

Şahidlərin dediklərinə görə dalğaların hündürlüyü 6 metrə çatıb.

Reuters və digər qərb agentliklərinin məlumatına görə, zəlzələ sentyabrın 28-i, yerli vaxtla saat 18 radələrində Sulavesi adasındakı Palu şəhərinin şimalında baş verib.

Yeraltı təkanlar 7,4 bal gücündə olub.

Bu şəhərin təxminən 350 min sakini var.

Şəhərdə bir çox binalar tamamilə dağılıb.

250 milyon nəfərdən çox əhalisi olan İndoneziyada tez-tez bu cür zəlzələlər baş verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG