Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

'Sonuncu nasist əlaltısı' ABŞ-dan deport olunub


Jakiw Palij-in 1949-cu ilə aid fotosu
Jakiw Palij-in 1949-cu ilə aid fotosu

İkinci Dünya Müharibəsində nasistlərə xidmət etmiş sonuncu sağ qalan şəxs Birləşmiş Ştatlardan Almaniyaya deport edilib.

Müharibədən sonra 70 il Nyu Yorkda yaşamış 95 yaşlı Jakiw Palij-i gətirən təyyarə avqustun 21-də Düsseldorf hava limanına enib.

Ədliyyə Nazirliyi bildirir ki, Palij nasistlərin işğalı altında olan Polşadakı Travniki ölüm düşərgəsində silahlı keşikçi olub.

Milliyyətcə ukraynalı Palij hazırda Ukraynanın ərazisi olan, lakin o vaxt Polşaya aid ərazidə doğulub. O ABŞ-a 1949-cu ildə mühacirət edib və 1957-ci ildə ABŞ vətəndaşlığı alıb. Lakin o bütün bu müddət ərazində Travniki ölüm düşərgəsində qulluq etdiyini gizlədib.

Avqustun 21-də Ağ Ev bildirib ki, prezident Donald Trump “bu hərbi caninin Birləşmuiş Ştatların torpağından çıxarılmasını prioritet” elan etmişdi:

https://publicpool.kinja.com/subject-statement-from-the-press-secretary-1828483398

"Uzun danışıqlar və əsas Avropa müttəfiqi ilə birgə səylər nəticəsində prezident Trump və onun komandası Palij-in Almaniyaya deportasiyasına nail olub”.

2003-cü ildə Palijin keçmişi məlum olanda o ABŞ vətəndaşlığından məhrum edilmiş və onun deportasiyası barədə 2005-ci ildə məhkəmə hökmü çıxarılmışdı.

Lakin onun deportasiyası uzun illər həyata keçmirdi, çünki nə Polşa, nə də Ukrayna bu şəxsi qəbul etmək istəmirdilər.

Almaniya da Palij-in heç vaxt Almaniya vətəndaşı olmadığını əsas gətirərək onu qəbul etməkdən imtina edirdi.

Palij-in Almaniyada məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı bilinmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG