Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Pakistanda mitinqə bomba hücumunda azı 8 nəfər həlak olub


Bomba partlayışından sonra
Bomba partlayışından sonra

Pakistan polisi bildirir ki, Bəlucistan vilayətinin mərkəzi şəhəri Kvettada keçirilən islamçı mitinq zamanı törədilmiş güclü bomba partlayışında azı səkkiz nəfər ölüb və 16 nəfər xəsarət alıb.

Bombanın intiharçı tərəfindən törədildiyi bildirilir.

Kvetta polis idarəsinin rəisi Abdul Razzaq Cheema fevralın 17-də deyib ki, mitinqi radikal sünni Əhli Sünnət vəl Cammat partiyasının onlarca tərəfdarı keçirirdi.

Əhli Sünnət ekstremist Ləşkəre Cəngi qruplaşmasının siyasi qanadıdır.

Ləşkəri Cəngi indiyədək Pakistanın şiə azlığı üzərinə bir çox ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Lakin fevralın 17-də törədilmiş bomba partlayışına görə hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Bu bölgədə Bəluc separatçıları, habelə sünni və şiə silahlı qruplaşmaları fəaliyyət göstərir və buna bənzər hücumlar keçmişdə də törədilib.

Partlayışdan sonra
Partlayışdan sonra

Kvetta xəstəxanasından bildiriblər ki, xəsarət alanlardan bəzilərinin vəziyyəti böhranlıdır.

Cheema AzadlıqRadiosuna deyib ki, ölənlərin arasında 3 polis zabiti də var.

Kvetta Mülki Xəstəxanasının sözçüsü Waseem Baig 19 nəfərin xəsarət aldığını bildirib.

Cheema deyib ki, partlayış törədiləndə Kvetta Mətbuat Klubunun qarşısında keçirilən mitinq davam edirdi.

Polis AzadlıqRadiosuna bildirib ki, intiharçı motosikletlə mitinqə yaxınlaşarkən təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb və bombanı da həmin an partladıb.

XS
SM
MD
LG