Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:26

ABŞ Pakistana maliyyə yardımını dayandırır


Dövlət Departamentinin sözçüsü Heather Nauert

ABŞ hökuməti bildirir ki, İslamabad qonşu Əfqanıstandakı Taliban və Haqqani şəbəkələrinə qarşı “qəti hərəkətə” keçənədək Pakistan hərbiyyəsinə təhlükəsizlik yardımını dayandırır.

Hökumətin bu qərarını yanvarın 4-də Dövlət Departamentinin sözçüsü Heather Nauert elan edib.

Xanım Nauert deyib ki, qərarın təfərrüatları üzərində iş hələ başa çatmayıb və dayandırılan yardımın məbləği barədə nəsə demək iqtidarında deyil.

Sözçü deyib ki, Pakistana başqa təhlükəsizlik yardım da dayandırılır, lakin bunun da təfərrüatları açıqlanmayıb. Nauert əlavə edib ki, Pakistana yardımın sözü gedən hissəsi Müdafiə Nazirliyinin sərəncamındadır.

Ağ Ev yanvarın 2-də Pakistanı terrora qarşı mübarizədə daha çox iş görməyə çağırmışdı və bildirmişdi ki, bir neçə gün ərzində İslamabada təzyiq üçün “spesifik hərəkətlər” elan ediləcək.

Prezident Donald Trump özünün 1 yanvar tarixli tvitində Pakistanı milyardlarla dollarqlıq yardımı kəsəcəyi ilə hədələyir və İslamabadı Əfqanıstanda fəaliyyət göstərən ekstremistlərə sığınacaq verməkdə günahlandırırdı.

Trump yazmışdı ki, Birləşmiş Ştatlar “axmaqcasına” son 15 ildə Pakistana 33 milyard dollardan çox yardım verib, “onlar isə əvəzində bizim liderləri axmaq sayaraq yalanlar və aldatmaqdan başqa heç nə verməyiblər”.

Birləşmiş Ştatlarıın hökuməti bundan əvvəl Pakistana onun ABŞ silahı alması üçün ayrılmış 255 milyon dollarlıq yardımı dayandırmışdı.

Bu yardımın, Pakistan Əfqanıstana hədə yaradan ekstremistlərə qarşı sərtlik göstərənədək verilməyəcəyi bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG