Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Səudiyyə Pakistana 6 milyard dollarlıq ‘iqtisadi xilas paketi’ verəcək


Səudiyyə kralı Salman və Pakistanın baş naziri Imran Khan sentyabr ayında Ciddədə görüşmüşdülər
Səudiyyə kralı Salman və Pakistanın baş naziri Imran Khan sentyabr ayında Ciddədə görüşmüşdülər

Pakistan hökuməti bildirir ki, Səudiyyə Ərəbistanı İslamabada bir il müddətində 3 milyard dollarlıq xarici valyuta dəstəyi verməyi vəd edib. Səudiyyə bundan başqa Pakistana neft idxalı ödənişləri ilə üç il müddətində qaytarılacaq daha 3 milyard dollar verəcək.

Pakistanın iqtisadi çətinliklərdən xilası üçün veriləcəyi deyilən bu yardım paketinin məbləği təhlilçilərin proqnozlarındakı məbləğdən xeyli çoxdur. Bu kredit Pakistanın Beynəlxalq Valyuta Fonduna ödənişlərini asanlaşdıracaq.

Səudiyyə Ərəbistanı bu təklifi Pakistanın baş naziri Imran Khan-ın Səudiyyədə keçirilən böyük investisiya konfransında iştirak etdiyi bir vaxtda verib. Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, bir çox dövlət başçıları səudiyyəli jurnalist Jamal Khashoggi-nin İstanbul konsulluğunda qətli ilə bağlı bu konfransı boykot ediblər.

Səudiyyənin investisiya konfransını boykot edənlərin arasında ABŞ maliyyə naziri Steven Mnuchin və BVF-in baş direktoru Christine Lagarde da var.

Pakistanın baş naziri bu konfransa yollanmazdan əvvəl demişdi ki, onun ölkəsinin xarici valyuta ehtiyatlarının artırılmasına ciddi ehtiyacı var. Bu ehtiyat son dörd ildə ən aşağı həddinə düşüb və Pakistanın idxal mallarının dəyərini ödəmək üçün yalnız iki aylıq xarici valyutası qalıb. Bundan başqa ölkə aldığı kreditlər üzrə ödənişləri etməkdə çətinlik çəkir.

Pakistanın maliyyə naziri Asad Umar oktyabrın əvvəllərində BVF-dən danışıqlar ricası etmişdi. İslamabad son beş ildə artıq ikinci dəfədir ki, BVF-dən yardım istəməlidir.

BVF-in nümayəndə heyəti Pakistana noyabrın 7-də səfər edəcək.

Khan-ın ilk xarici səfəri də ötən sentyabrda Səudiyyə Ərəbistanına olmuşdu.

Lakin o vaxt Səudiyyədən hər hansı ümidverici vəd almaq mümkün olmamışdı. Pakistan ilk növbədə neft idxalının ödənməsi üçün kredit almağa ümid edirdi.

Pakistanın Xarici İşlər Nazirliyi bildirib ki, Khan-ın budəfəki səfəri daha uğurlu olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG