Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Pakistan xüsusi ‘media məhkəməsi’ yaradır


Baş nazir Imran Khan (ortada) ölkəsində senzura olduğunu inkar edir
Baş nazir Imran Khan (ortada) ölkəsində senzura olduğunu inkar edir

Pakistanın media müdafiəçiləri, insan haqları fəalları və müxalifət siyasətçiləri hökumətin media ilə bağlı işlərə baxılması üçün xüsusi məhkəmələr yaratmaq planlarını kəskin pisləyiblər.

Ümumpakistan Qəzetləri Cəmiyyəti sentaybrın 18-də bu qərarı “Paksitan mediası üçün qara gün” adlandırıb.

Pakistanın baş naziri Imran Khan-ın kabineti bu həftənin əvvəlində “işlərə tez və ədalətli” baxılması məqsədilə xüsusi “media məhkəmələrinin” təsisi barədə qərarı dəstəkləyib.

Hazırda Pakistanda media ilə bağlı işlərə Pakistan Elektron Medianın Tənzimlənməsi Agentliyi və Pakistan Mətbuat Şurası baxır.

Nəzərdə tutulub ki, belə məhkəmələrdə baxılan işlər sonradan birbaşa yuxarı məhkəmə instansiyalarına göndərilə bilər.

Hökumət bunu da bildirir ki, media məhkəmələri təkcə jurnalistlərin deyil, habelə jurnalistlərin şikayətləri əsasında məmurların da işlərinə baxa biləcək.

Lakin media müdafiəçiləri bildirirlər ki, bu məhkəmələrdən məqsəd mətbuatın təhdid edilməsi üçün əlavə alətin yaradılmasıdır.

Onlar sual edirlər ki, məhkəmə medianı necə müdafiə edə bilər?

Jurnalistlərin başqa bir narahatlığı bundandır ki, hərbiyyə və təhlükəsizliyin senzurasına daha bir senzura əlavə oluna bilər.

Fəallar bildirirlər ki, media məhkəmələrinin yaradılmasından əsas məqsəd hökumətin tənqid edilməsinin qarşısını almaqdır.

Müxalifət partiyaları parlamentdə bu qanunu dəstəkləməyəcklərini bildiriblər.

Pakistan 2018-ci il üçün Dünyanın Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 142-ci yeri tutur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG