Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Pakistanda küfr qətlində şübhəli bilinənlərin azadlığa çıxması alqışlanıb


Pakistanda vətəndaş cəmiyyəti fəalları Məşəl Xanın qətlinə etiraz bildirirlər
Pakistanda vətəndaş cəmiyyəti fəalları Məşəl Xanın qətlinə etiraz bildirirlər

Pakistan universitetlərindən birinin tələbəsini yanlış olaraq küfrdə günahlandıraraq linç edən qargüruhun işi üzrə şübhəli bilinənlər bu həftə azad edildikdən sonra mühafizəkarlar tərəfindən “qəhrəman” kimi alqışlanıblar.

Bu iş üzrə keçən 26 şübhəli fevralın 8-də Pakistanın şimal-qərbindəki Mardan şəhərində sərt xətt-hərəkət tərəfdarları olan islamçıların izdihamı tərəfindən salamlanıb.

Fevralın 7-də bu iş üzrə ittiham olunan bir nəfər barəsində ölüm, daha beş nəfər barəsində də isə ömürlük həbsxana cəzası hökmü çıxarılıb. Onlar 23 yaşlı jurnalistika tələbəsi Məşəl Xanı linçləmə ilə qətlə yetirməkdə ittiham edilirdilər.

Başqa 25 nəfərə isə bu iş üzrə üç il azadlıqdan məhrumetmə cəzası verilib.

Xan 2017-ci il aprelin 13-də Mardandakı Abdul Vali Xan Universitetində qaragüruhçu kütlə tərəfindən qətlə yetirilmişdi. Onu sosial mediada “küfrlü post” paylaşmaqda günahlandırırdılar.

Lakin fevralın 8-də Camaati-İslam və Cəmiət Ülema-i İslami partiyalarının üzvləri də daxil bir neçə din xadimi, işlərinə xitam verilənlərin başlarına qızılgül ləçəkləri səpiblər və onları “qəhrəman” elan ediblər.

Dini partiyalar fevralın 9-na, cümə namazından sonraya təyin etdikləri mitinqdə həbsdə qalan 31 nəfərin də azad olunmasını tələb edəcəklər.

Xanın üzərinə hücumu görüntüləyən video sosial mediada yayıldıqdan sonra bütün Pakistanı dəhşətə gətirib. Bu qətli törədənləri tənqid edənlərin arasında tanınmış din xadimləri də olub.

Sonradan aparılmış rəsmi təhqiqat Xanın saxta suçlamaya görə öldürüldüyünü göstərib. Təhqiqatın nəticəsində deyilir ki, Xanın üstünə hücumu universitetinin bir neçə dünyəviçi tələbəsi qızışdırıb. Onlar Xanın qiymət artımını və universitetdəki korrupsiyanı tənqid etdiyinə görə getdikcə artan populyarlığından narahat idilər.

Pakistanın ziddiyyətli küfr qanunları 1980-ci illərdə ölkənin ovaxtkı hərbi lideri general Ziya ül-Həqqin zamanında qəbul edilib. Bu qanunlara görə İslamı və ya Məhəmməd peyğəmbəri təhqir edən şəxslər edamla cəzalandırılır.

İnsan haqları fəalları isə bildirirlər ki, bu qanunlardan çox vaxt şəxsi haqq-hesabların çürüdülməsi üçün sui-istifadə edilir.

2014-cü ildə bir neçə yüz müsəlman kişi bir xristianı və onun hamilə xanımını küfrdə ittiham edərək öldürmüş və yandırmışdılar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG