Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

Pakistan Hindistanın hücuma hazırlaşdığını deyir


Mahmood Qureshi , Pakistanın xarici işlər naziri
Mahmood Qureshi , Pakistanın xarici işlər naziri

Pakistan rəsmisi, Hindistanın ayın sonlarında Pakistana hücum edəcəyi barədə “etibarlı kəşfiyyat məlumatı” olduğunu deyir.

Reuters və AFP agentliklərinin məlumatına görə, bunu xarici işlər naziri Mahmud Kureşi (Mahmood Qureshi) aprelin 7-də Multan şəhərində deyib.

O, bu barədə BMT-yə məlumat verildiyini deyir.

Nazirin sözlərinə görə, hücum aprelin 16-20 arası edilə bilər və bu məlumatın yayılmasını baş nazir İmran Khan-la razılaşdırıb.

Hindistanın xarici işlər nazirliyi hələlik bu məlumata münasibət bildirməyib.

Son vaxtlar Pakistanla Hindistan arasında münasibətlər yenidən gərginləşib.

Fevralın 14-də Kəşmirin Hindistana aid hissəsində törədilən partlayış nəticəsində Hindistan təhlükəsizlik xidmətinin azı 40 əməkdaşı həlak olub.

Hindistan tərəfi deyir ki, hücumu Pakistan ərazisində məskunlaşan yaraqlılar törədib.

Pakistansa bu hücmla heç bir bağlılığı olmadığını deyir.

Hindistanın hərbi-hava qüvvələri bundan sonra yaraqlıların mövqelərini bombaladı və Kəşmir bölgəsində hərbi əməliyyatların əhatəsi daha da genişləndi.

Bu iki ölkə, 1947-ci ildə Britaniyadan ayrılaraq müstəqillik əldə etdikdən bu yana tərəflər arasında Kəşmirə görə 3 dəfə müharibə olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG