Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

PA rəsmisi: 'Sosial şəbəkələr insanların beynini yönləndirmək üçün…'


Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?

«Sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir».

Bunu aprelin 16-sı «Dini-ideoloji təhlükəsizlik və media» konfransında iştirak edən Prezident Administrasiyasının (PA) Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov deyib. Onun sözlərinə görə, radikal, xurafata meylli qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır: «Bu səbəbdən birlikdə bu kimi məqamların qarşısını almaq üçün çalışmalıyıq».

Ə.Zülfüqarovun vurğulamasına görə, Azərbaycanın bütün bölgələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbir görür.

Ekspert: «…Plüralizmə böyük qatqısı olur»

Media üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, Azərbaycanda rəsmi şəxslər sosial şəbəkələrin dini radikalizmdən çox, siyasi plüralizmə verdiyi töhfəni təhlükə görürlər: «Azərbaycanda sosial medianın plüralizmə böyük qatqısı olur. İctimai-siyasi proseslərin və ictimaiyyətdə ciddi əks-səda doğuran hadisələrin yeganə geniş müzakirə olunduğu platformadır. Bu baxımından, hökumətin bəzi problemi həll etmək istəyi olmayan nümayəndələri bu məsələni «təhlükə» kimi görə bilir».

Onun sözlərinə görə, sosial şəbəkələrdə dinə meylli yanaşmalar və nifrətə yol verən ifadələrə rast gəlinir. «Amma bununla bağlı hüququn çox aydın normalar da var və nifrət nitqi hansısa hadisənin gerçəkləşməsinə gətirib çıxarırsa, mövcud qanunlara uyğun tədbir görülür. Bundan narahat olmağa ehtiyac yoxdur», - Ə.Məmmədli bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG