Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Paşinyan: ‘Qarabağ yaralansa da...ayaqdadır’


Nikol Paşinyan
Nikol Paşinyan

“Bugün Qarabağ yaralansa da, ilk növbədə bizim qəhrəman ordumuzun, xalqın, insanın sayəsində ayaqdadır”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, bu sözləri oktyabrın 27-də xalqa müraciətində baş nazir Nikol Paşinyan deyib:

“Azərbaycan rəhbərliyi öz xalqını o qədər qələbə xəbərləri ilə yemləmişdir ki, onlar artıq çoxdan bəridir, hər gün, hər dəqiqə, hər saniyə Artsaxın süqutu, özlərinin son və qəti qələbəsi barədə xəbərləri gözləyirlər. Lakin Azərbaycan cəmiyyəti bu xəbəri almayacaqdır. Və bu xəbərin sonsuz gözləntisi Azərbaycanın Artsaxı fəth etmək planlarını pozacaqdır”.

Paşinyan deyib ki, “Artsaxın xalqı, erməni xalqı, bütün xalq, hər bir ağac, hər bir daş, hər bir santimetr və millimetr üçün döyüşəcək”.

Əmrlərə tabe olmayanlara sərt cəzalar

Ermənistanın baş naziri daha sonra “lazımi vaxtda endiriləcək dəqiq əks-zərbədən” danışıb və buna necə nail olunmasından söz açıb.

Paşinyan döyüş meydanında əmrlərə tabe olmayanlara qarşı sərt cəzalardan danışıb:

“Hərbi vəziyyət şəraitində komandirlərin əmrlərinin qeyd-şərtsiz yerinə yetirilməsi məntiqi lazımdır. Bu əmrləri yerinə yetirməyənlər, sərtliklə cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalı və xalq qınağının hədəfinə çevrilməlidirlər. Onlara bu məsələdə heç nə haqq qazandıra bilməz, çünki söhbət vətənin və xalqın taleyindən gedir. Biz Artsaxın itirilməsinə və erməni əhalinin deportasiyasına yol verə bilmərik”.

Oktyabrın 27-də etdiyi müraciətdə Paşinyan deyib ki, o dünənki (oktyabrın 26-da) çıxışının birmənalı qarşılanmadığını bilir və “inandırıcı görünməsə də” bundan şaddır:

“Bu çıxışdan iki məqsəd vardı: dünya birliyinə erməni tərəflərinin konstruktivliyini, amma eyni zamanda erməni xalqının Artsaxın hüquqları uğrunda mübarizədə əzmli qətiyyətini göstərmək...”

Paşinyan iddia edib ki, hər iki məqsədə çatılıb.

Ermənistana silah haradan verilir: Bakı və Yerevanda ekspertlərin izahı
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Paşinyan “dünən” nə yazmışdı?

Ermənistanın baş naziri oktyabrın 26-da Facebook vasitəsilə müraciət etmiş və Ermənistanın Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazır olduğunu yazmışdı.

Paşinyan bunu da yazmışdı ki, “erməni xalqı və hökuməti qarşılıqlı və hətta ağrılı güzəştlərə də hazırdır, amma erməni xalqı kapitulyasiyaya hazır deyil”.

Oktyabrın 27-də etdiyi müraciətdə Paşinyan daha sonra deyib:

“Bizim imkanlarımız hüdudsuz deyil, amma Artsax müdafiə ordusunun onun qarşısında qoyulmuş vəzifıələri yerinə yetirmək üçün kifayət qədər silahı və potensialı var. Bəli, bizim dünyada düşmənlərimiz çoxdur, amma çətin vaxtımızda ayağa qalxacaq və yanımızda duracaq dostlarımız da var. Qədirbilən erməni xalqı belə münasibəti heç vaxt unutmayacaq...”

Nikol Paşinyan müraciətində mümkün daxili təlatümlərdən ehtiyatlandığını da sezdirib:

“Gəlin razılaşaq ki, heç nədən qorxmayacağıq, heç bir daxili və ya xarici qüvvəyə azad və xoşbəxt gələcəyimiz barədə şübhə toxumu səpməsinə imkan verməyəcəyik, hətta öz səhvlərimizə görə də ruhdan düşməyəcəyik...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG