Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Paşinyan Əliyevə əsirlərin əvəzinə öz oğlunu təklif edir


Nikol Paşinyan və oğlu Aşot
Nikol Paşinyan və oğlu Aşot

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bütün erməni əsirlərin əvəzinə öz oğlunu təklif edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Paşinyan belə bir təklifi iyunun 8-də, seçki kampaniyasının ikinci günündə Aparan şəhərində seçicilərlə görüşü zamanı səsləndirib.

“Vətəndaş müqaviləsi” partiyasından baş nazirliyə namizəd olan Paşinyan əslində bu təklifi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bir bəyanatına reaksiya verərkən irəli sürüb.

Bundan əvvəl isə Sarkisyan Paşinyanın belə bir bəyanatına reaksiya vermişdi ki, “əsirlər bir neçə ay da əsirlikdə qalmalarını bizə bağışlayarlar, amma əvəzsiz güzəştləri bağışlamazlar”.

Serj Sarkisyan Paşinyana öz oğlunu Azərbaycanda saxlanan 20-25 əsirlə dəyişməyi təklif etmişdi.

“Serjikə və Robikə səlahiyyət verirəm...”

Paşinyan belə deyib:

“Mən razıyam. Rəsmən Əliyevə müraciət edirəm: öz oğlumu bütün əsirlərin qaytarılması müqabilində verməyə hazıram. Amma Serjik və Robikə insan alveri üzrə mütəxəssislər kimi bu məsələ barədə danışıqları aparmaq səlahiyyəti verirəm. Düşünürəm ki, bu işdə bir neçə min dollar qazana bilsəniz kisənizə ziyan dəyməz”.

Paşinyan iyunun 7-də keçmiş prezident Robert Koçaryanın da atmacasına cavab vermişdi.

Koçaryan bildirmişdi ki, Paşinyana istənilən silah növü ilə duelə çıxmağı təklif edərdi.

Paşinyan bildirmişdi:

“Birdən mən razılaşsam və silahı seçib sənin alnına gülləni doldursam necə olsun? Bundan sonra da deyəcəksiniz ki, bu zorakılıqdır, ay qatillər?”

Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

“Diz üstdə yaşamaq...”

“Qarşıdan gələn seçki siyasi qüvvələrin seçkisi deyil. Bu, bizim təhlükəsiz ölkədə yaşamaq və ya diz üstündə yaşamaq istəməyimiz arasında seçimdir”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sözləri Hayastan blokunun lideri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Gorus rayonunda keçirdiyi seçki kampaniyasında deyib.

Keçmiş prezident Sünik vilayətində etdiyi çıxışında vəd edib ki, onun bloku hakimiyyətə gəlsə, ölkənin bütün problemləri həll olunacaq:

“Biz təhlükəsiz ölkə istəyirik, yoxsa diz üstdə qalmaqda davam etmək? Biz sürətlə inkişaf edən iqtisadiyyat istəyirik, yoxsa, işsizliyin, yoxsulluğun və mühacirətin artmasını istəyirik?”

Koçaryanla bir blokda olan Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan isə bəyan edib ki, onlar dəqiq vaxt çərçivəsində islahatları həyata keçirməyi planlaşdırırlar.

Saqatelyanın sözlərinə görə, onlar hakimiyyətə gəlsələr, hökumətin strukturu dəyişdiriləcək, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri bərpa olunacaq, ordu üç il ərzində yenidən təşkil ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG