Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:35

Paşinyanı ölümlə hədələyən MTX-yə gətirilib


Vaan Badasyan

Yanvarın 28-i - Ordu günündə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Məclisin sədri Ararat Mirzoyan və Milli Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Yerablur hərbi panteonuna baş çəkərək ölkənin müstəqilliyi uğurnda həlak olanlara ehtiramını ifadə edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun hökumət nümayəndəsinə istinadən bildirir ki, baş nazir “Qarabağ müharibələrinin qəhrəmanları” Vazgen Sarkisyanın, Andranik Ozanyanın və başqa hərbçilərin məzarları üstünə əklil qoyub.

“Mən “Şuşa – Azərbaycandır” ifadəsini harda demişəm?”

Azatutyun yazır ki, baş nazir jurnalistlərin suallarına cavab vermək istəməyib, amma jurnalistlərdən biri ilə mükaliməyə girməli olub:

“O sualı verən siz idiniz ki, guya mən “Şuşa – Azərbaycandır” demişəm? Harda demişəm? Həmin sitatı kağız üzərinə yazın. Guya mənim dediyim o sitatı şəxsən mənə gətirin. Mən sizin sualınıza birbaşa efirdə cavab verərəm”.

Nikol Paşinyan yaralı əsgərə baş çəkir
Nikol Paşinyan yaralı əsgərə baş çəkir

Elə həmin gün Nikol Paşinyan həm də Milli Yanıq Mərkəzində artıq sağalma mərhələsində olan yaralı əsgərlərə baş çəkib.

Baş nazirin ofisi bildirib ki, bu əsgərlər “70 günlük məchulluqdan” sonra ötən il dekabrın 20-də vətənə qayıdıblar.

Paşinyan mərkəzdə həkimlər və hərbçi pasientlərlə söhbət edib, onlara tez sağalmalarını arzulayıb.

Şuşa necə idarə olunacaq?
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Katolikos fikrindən dönməyib

Yanvarın 28-də bütün ermənilərin katolikosu II Qaregin də Yerablur panteonunu ayrılıqda ziyarət edib.

“Bizim inam və mövqeyimizdə heç bir dəyişiklik baş verməyib”.

Bunu katolikos jurnalistin “siz hələ də baş nazirin istefasını tələb edirsinizmi” sualının cavabında deyib.

Azatutyun yazır ki, dekabrın əvvəllərində II Qaregin ölkəni “mümkün təlatümlərdən, toqquşma və faciəli nəticələrdən xilas etmək naminə istefaya getməyə” çağırmışdı.

Katolikos II Qaregin
Katolikos II Qaregin

Kilsənin siyasətə müdaxiləsi ilə bağlı tənqidlərə cavab olaraq II Qaregin bildirib ki, “yaranmış vəziyyətdə kilsə öz missiyasını icra etməlidir”.

Azatutyun müxbirinin beləliklə kilsənin müxalifətə tərəfkeşlik etdiyinə dair sualına cavab verərkən bütün ermənilərin katolikosu deyib:

“Kilsə milli, dövlət maraqlarından çıxış edir və əgər bu vaxt onun mövqeyi bu və ya digər qrupun mövqeyi ilə üst-üstə düşürsə, bu, kilsənin bu ya digər partiyaya dəstəyi kimi başa düşülməməlidir”.

“Onu aradan götürmək lazımdır”

Bu arada Dağlıq Qarabağ separatçılarının “milli məclisinin keçmiş deputatı” Vaan Badasyan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə (MTX) gətirilib.

Bu barədə məlumatı Azatutyun radiosuna Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan verib.

O deyib ki, Badasyan MTX-yə yanvarın 28-də Yerablur hərbi məzarlığında Ermənistan baş nazirinin ünvanına hədələr səsləndirdiyinə görə gətirilib.

Paşinyan Yerablur məzarlığında
Paşinyan Yerablur məzarlığında

Badasyan jurnalistlərlə söhbətində deyib:

“Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.

Jurnalistlərin “hansi üsulla aradan götürmək” sualının cavabında Badasyan deyib ki, söhbət bütün üsullardan, o cümlədən silaha əl atmaqdan gedir:

“Bəli mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır”.

XS
SM
MD
LG