Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Özəl sektor ümidi doğrultmayıb


Liman
Liman

Bu ilin7 ayında Azərbaycanın xarici ticarətində azalma (26.89%) qeydə alınıb. Azalma bütövlükdə idxal (10.46%) və ixrac (38.57%) əməliyyatlarını əhatə edib. Nəticədə 167 milyon 466 min ABŞ dolları dəyərində mənfi saldo yaranıb. Başqa sözlə, ölkəyə gətirilən valyuta buradan çıxandan az olub.

Hökumətin özəl sektora ümidi özünü doğrultmayıb. Bu ilin 7 ayında həmin sektor 444 milyon 357 min dollarlıq mal ixrac edib. Bu, ötən ilin uyğun dövründən 253 milyon 245 min dollar azdır. Elə manatın devalvasiya səbəblərindən biri də neftdənkənar məhsulların ixracını təşviq etmək idi. İxracatda əsas yeri yenə neft tutur – 77.47 %.

Əsas malların ixracında azalma faizləri (statistik dəyər):

Xam neft – 39.36 %

Neft məhsulları – 54.25%

Təbii qaz – 1.72%

Elektrik enerjisi – 28.08%

Çay – 63.84%

Bitki və heyvan mənşəli piy və yağlar – 90.6%

Şəkər – 72.19%

Spirtli və spirtsiz içkilər – 18.2%

Kimya sənayesi məhsulları – 52.51%

Plastmas və onlardan hazırlanan məmulatlar – 0.42%

Əsas ixrac mallarından qara metal və ondan hazırlanan məmulatlar – 279.05%, pambıq iplik – 62%, alüminium və ondan hazırlanan məmulatlar - 1.81%, meyvə-tərəvəz – 30.08% artıb.

ÇAY İDXAL LİDERİDİR

İdxalda əsas mallardan artım belə olub: meyvə-tərəvəz – 109.87%, ət – 60.59%, çay – 176.37%, bitki və heyvan mənşəli piylər və yağlar – 62.91%, şəkər 11.18%.

Buğda idxalının azalması diqqət çəkir. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 46.39% azalıb.

Heç sözsüz, devalvasiyalarında təsiriylə əczaçılıq məhsulları idxalı 30.43%, mebel və hissələrinin gətirilməsi 6.23% aşağı düşüb. İdxalda tütün və tütün məmulatları 49.99%, nəqliyyat vasitələri və onların hissələri 46.34% azalıb. Bütün bunlara, təbii ki, manatın dəyərsizləşməsi də təsir göstərib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG