Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:28

Özbəkistanda ölkə vətəndaşına Vaqner qrupunda xidmət etdiyinə görə iş kəsilib


Özbəkistanda Daşkəndin Mirzə Uluq bəy rayonunun cinayət işləri üzrə məhkəməsi avqustun 21-də Rusiyanın Vaqner özəl hərbi şirkətinin qoşunlarında iştirak etmiş Özbəkistan vətəndaşı barəsində hökm çıxarıb.

O muzdlu kimi xidmətdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan şərti məhrum edilib.

Həmin şəxsə axşam saat 22-dən səhər saat 6-dək evindən çıxmaq, kütləvi aksiya və mitinqlərdə iştirak etmək, cinayətə meylli şəxslərlə əlaqədə olmaq və Özbəkistanı tərk etmək qadağan edilib.

Məhkum edilən şəxsin adı yalnız B.Z. hərfləri ilə təqdim olunub. İstintaq materiallarına görə o Daşkənddə ikiotaqlı mənzildə əlilliyi olan arvadı, anası, kiçik bacısı və üç övladı ilə yaşayıb.

O 2022-ci ilin sentyabrında Rusiyaya işləməyə gedib. Dediyinə görə məqsədi daha böyük mənzil almaq üçün pul qazanmaq idi. O 2023-cü ilin mayınadək çörəkçi işləyib və elə bu vaxt Vaqner şirkətinə döyüşçü yığan reklamı görüb.

Döyüş əməliyyatlarında iştiraka görə ona 240 min rubl (2600 dolalr) vəd edilmişdi.

B.Z.-nin sərgüzəştləri

O 6 aylıq müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə o hətta geri çəkilən döyüş yoldaşlarına da atəş açmalıymış.

B.Z. Ukraynaya qarşı işğal edilmiş Luhansk vilayətində döyüşüb və qondarma Donetsk Xalq Respublikasının “Artyomovskun azad edilmıəsinə” görə ordenini alıb. Bu orden 2023-cü ilin mayında təsis edilib və onunla habelə Baxmut şəhərini məhv edənləri təltif edirdilər.

Özbəkistan vətəndaşının habelə Yevgeni Priqojinin qiyamında iştirak etdiyi bildirilir. Bunun ardınca onu və Vaqnerin başqa döyüşçülərini Belarus ərazisinə keçiriliblər. Oradan onu Moskva ətrafındakı Podolska aparıblar.

Ona Rusiya pasportu da vəd olunubmuş, lakin izah ediblər ki, Rusiya vətəndaşı olsa Afrikada hərbi xidmətə göndəriləcək.

B.Z. müqaviləsinin müddətini uzatmayıb və 5 min dollar haqq-hesab alaraq Daşkəndə qayıdıb.

Məhkəmə B.Z. barədə hökm verərkən cəzanı yüngülləşdirən faktorları – onun təqsirini boynuna almasını, peşman olduğunu bildirməsini və himayəsində azyaşlıların və əlil arvadının olmasını nəzərə alıb.

XS
SM
MD
LG