Özbəkistan prezidenti Shavkat Mirziyaev xaricdə formalaşan müxalifəti ölkəyə buraxmayacağını deyir.
"Gazeta.uz"-un məlumatına görə, ölkə prezidenti bu fikiri dekabrın 27-də Məhəmməd əl-Xorazmi adına məktəbdə gənclərlə görüşdə deyib.
«Sosial şəbəkədə müxalifət müzakirə olunur. Nə faydası? Mən prezident kimi müxalifətin əleyhinə deyiləm, amma biz elə mühit yaratmalıyıq ki, o bizdə meydana çıxsın. Hansıki onlar xalqın problemlərini bilən, xalqla bütün problemləri yaşayan, buranın suyunu içib, şörəyini yeyənlər olsun" deyə Shavkat Mirziyaev vurğulayıb.
Hakimiyyətə gələndən sonra bu Shavkat Mirziyaev-in siyasi müxalifətlə bağlı ilk bəyanatıdır.
ATƏT müşahidəçiləri bəyan ediblər ki, Özbəkistanda keçirilən son parlament seçkiləri nisbətən azad olsa da, sistemdəki dəyişikliklər müxalifətin yerini doldura bilməyib.
Bundan əvvəl Senat sədrinin birinci müavini Sadıq Səfayev də deyib ki, süni şəkildə müxalifət partiyasının yaradılmasının heç bir anlamı yoxdur, əsas odur ki, bu cür partiyalar süni deyil, real olmalıdır.
İnstitusional prosesin vacib olduğunu deyən Sadıq Səfayevə görə, qanunlar Özbəkistanda müxalifətin təbii formalaşmasına məhdudiyyətlər qoymamalıdır.