Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Tibb sanitarları icra hakiminin corabını yuyur


Əsas işdən başqa sanitarları çox zaman müxtəlif çirkli işlərə də göndərirlər.
Əsas işdən başqa sanitarları çox zaman müxtəlif çirkli işlərə də göndərirlər.

Özbəkistanın Cizak vilayətinin Dustlik rayonunda tibb müəssisələrinin sanitarlarını iş vaxtı icra hakiminin otağını yığışdırmağa, əşyalarını yumağa və ayaqqabılarını təmizləməyə məcbur edirlər. İcra hakimiyyətinin bir əməkdaşı anonimlik şərtilə bu məlumatı AzadlıqRadiosunun özbək xidmətinə təsdiqləyib.

Dustlik rayonunun Mərkəzi Xəstəxanasının sanitarlarının icra hakimiyyətinin iş otağını və ayaqyolusunu təmizləməyə məcbur edilməsini radionun özbək xidmətinə yerli sakinlərdən biri danışıb.

«Bu çirkli işi görməkdən imtina edən sanitarları işdən qovmaqla hədələyiblər. Yəni bizdə bu qadınların hüquqlarını müdafiə edə biləcək bircə təşkilat da yoxdur?», – deyə həmin rayon sakini gileylənib.

Bundan sonra özbək xidmətinin reportyoru rayon xəstəxanasının sanitarları ilə də danışa bilib. Onlardan biri deyib ki, onları icra hakimiyyətində təmizlik işlərinə rayon xəstəxanasının baş tibb bacısı göndərir.

«24 saatlıq növbədə idik. Baş tibb bacısı gəlib dedi ki, özümüzlə dəsmal götürüb rayon icra hakimiyyətinə gedək. Biz icra hakimiyyətinə gələndə, icra hakiminin Amriddin adlı müavini bizi öz müdirinin iş otağına gətirib, gözətçiyə xlor gətirməyi tapşırdı. Sonra bizə otağı xlorla təmizləməyi əmr etdi. Ona izah etdik ki, özümüzlə xlorla işləmək üçün vacib olan rezin əlcək gətirməmişik. Dedik ki, bu, sağlamlığımıza ziyandır. Ancaq o, yenə də bizi icra hakiminin iş otağını, dincəlmə otağını, ayaqyolu və duş otağını xlorla təmizləməyə məcbur etdi», – sanitarlardan biri deyib.

Kiçik tibb işçiləri icra hakiminin corablarını da yumalı olublar

«Bizi icra hakiminin corablarını yumağa, ayaqqabılarını təmizləyib kremləməyə məcbur etdilər. Yəni bu məmurun arvadı, qızları yoxdur ki, onun şəxsi əşyalarını yusunlar? Bəyəm biz onun şəxsi qulluqçularıyıq?», – deyə tibb işçisi narazılığını dilə gətirib.

Prezident məmurları işdən qovmaqla hədələdi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Başqa bir sanitar qadın deyib ki, icra hakiminin müavini məmurun şəxsi əşyalarını yuyub təmizləməkdən imtina edən tibb işçilərini işdən qovdurmaqla hədələyib:

«Onun corablarını yumaqdan imtina etdik. Ancaq müavini Amriddin bizə belə dedi: «Siz sanitarsınız və bu sizin vəzifənizdir»».

Həmin tibb işçisi əlavə edib ki, rayonun icra hakimi Mərkəzi Xəstəxananın baş həkiminə tapşırıb ki, hər üç gündən bir sanitarları onun iş otağını təmizləməyə və şəxsi əşyalarını yumağa göndərsin.

Ancaq rayon icra hakiminin müavini Amriddin Holmatov kiçik tibb işçilərinin icra hakimiyyətində təmizlik işlərinə çağırılması haqda məlumatı inkar edib.

«Mən heç kəsi rayon administrasiyasına çağırmamışam və icra hakiminin iş otağını təmizləməyə məcbur etməmişəm. Bu, böhtandır. Bizə yeni icra hakimi təyin ediblər. Heç onun haqqında belə şayiələr yaymaq düzgün hərəkətdirmi? Kimsə bunu təşkil edib», – məmur deyib.

Prezidenti nazirləri hədələyir
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Ancaq rayon administrasiyasının əməkdaşlarından biri tibb işçilərinin icra hakiminin otağını yığışdırmağa və əşyalarını yumağa məcbur edildiyi haqda məlumatı təsdiqləyib.

«İcra hakimiyyətində iki xadimə çalışır. Ancaq, deyəsən, rəhbərlik onların işindən narazıdır. Ona görə də Amriddin əkə həmişə administrasiyaya rayon xəstəxanasının sanitarlarını çağırır və onları buranı təmizləməyə məcbur edir. İcra hakimiyyətinin bütün əməkdaşları bunu bilir», – deyə həmin əməkdaş bildirib.

Diplomlu tibb bacıları sanitar kimi çalışır

Rayon mərkəzi xəstəxanasının kiçik tibb işçilərindən biri diplomlu tibb bacılarının burada sanitar kimi çalışdıqlarını deyib.

«Sanitarların çoxunun tibb bacısı diplomu var. Ancaq bizim tibb bacısı kimi işə düzəlməyə gərəkən «əlaqələrimiz» yoxdur. Ona görə də, nə zamansa tibb bacısı işinə götürüləcəyimizə ümid edərək, sanitar kimi çalışmağa məcburuq. Ancaq adi iynəni belə vura bilməyən qızlar tibb bacısı kimi işə düzəlirlər. Biz ayda beş dəfə növbədə olanda 350 min som (40 dollar) maaş alırıq. Əsas işdən başqa sanitarları çox zaman müxtəlif çirkli işlərə də göndərirlər. Məsələn, mən özüm bu dəqiqə dəvətikanı yığmaqdan gəlirəm», – xəstəxananın kiçik tibb işçilərindən biri deyib.

Qeyd edək ki, Özbəkistan prezidenti Shavkat Mirziyoev ötən il BMT Baş Assambleyasının tribunasından ölkədə məcburi əməyə son qoyulduğunu bəyan etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG