Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

Müsəlman kişiləri saqqalı qırxmağa məcbur edirlər


Arxiv fotosu
Arxiv fotosu

Son illər Özbəkistanda polisin uzun saqqal saxlayan kişiləri hədəfə alması haqda tez-tez xəbərlər gəlir

Özbəkistanın paytaxtı Daşkənddə polis onlarla müsəlmanı saqqalını qırxmağa məcbur edir. İllərdir bu Orta Asiyada rastlanan bu davranışı yerli və beynəlxalq insan haqları təşkilatları tənqid edirlər.

AzadAvropa/AzadlıqRadiosu-nun Özbəkistan xidməti noyabrın 24-də xəbər verib ki, son bir neçə həftədə Daşkəndin 20 kilometrliyində yerləşən Yangiyul şəhərində polis kişiləri çağıraraq saqqallarını qırxmağa vadar edib.

Dindarlar hədəfdədir

Anonimlik şərtilə danışan yerli fəal son bir ayda 22 kişinin belə davranışa məruz qaldığını deyib.

“Yalnız dindarları saqqalı qırxmağa məcbur edirlər”, – deyən fəal bunun “sistematik” xarakter aldığını vurğulayıb.

AzadlıqRadiosu-na danışan kişilər polisin saqqalı dəb üçün saxlayanlara dəyib-dolaşmadığını deyib.

“Polis deyir ki, biz guya terrorçulara bənzəyirik. Saqqalı ona görə saxlayırıq ki, Məhəmməd peyğəmbərin qoyduğu qaydalara uyğundur. Onlar hüquqlarımızı pozurlar”, – Yangiyulun bir sakini deyib.

Yerli polis rəsmisi isə deyilənləri təkzib edib.

Son illər Özbəkistanda polisin uzun saqqal saxlayan kişiləri hədəfə alması haqda tez-tez xəbərlər gəlir. Bu, Orta Asiyanın sıx məskunlaşmış ölkəsində radikal islamla mübarizə tədbiri hesab olunur.

Hakimiyyətin təkzib etdiyi xəbərlər

Mayda internetdə yayılan videoda şərqi Namangan şəhərində polis olduğu bildirilən bir şəxs tabeliyində olanlara təlimat verirdi ki, sənədləşmə zamanı saqqalı olanları onu qırxmağa məcbur etsin, prosesdən əvvəl və sonra fotolarını çəksin. İyunda isə şərqi Anqren şəhərində polisin onlarla müsəlmanı saqqalı qırxmağa məcbur etdiyi bildirildi.

Hakimiyyət isə bu xəbərləri təkzib edib, bildirib ki, bəzi vətəndaşlardan şəxsiyyət vəsiqəsindəki fotolara uyğun gəlməkdən ötrü saqqalı qırxmaq xahiş olunub.

2020-ci ilin dekabrında ABŞ Dövlət Departamenti Özbəkistanı din azadlığı pozuntularına görə 2018-ci ildən yer aldığı xüsusi monitorinq siyahısından çıxarıb. Hökumətin artıq “din azadlığının kobud pozuntuları”na yol vermədiyi bildirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG