Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Özbəkistan Qərbdən “korrupsiya pullarını” tələb edir


Özbəkistan hökuməti Qərb ölkələrinin banklarında dondurulmuş vəsaitlərin geri qaytarılması üçün geniş kampaniyaya başlayıb.

Özbəkistan hökuməti Qərb ölkələrinin banklarında dondurulmuş vəsaitlərin geri qaytarılması üçün geniş kampaniyaya başlayıb.

Rəsmi Daşkənd bildirib ki, ölkə irimiqyaslı korrupsiya əməliyyatının qurbanı olub.

L'Hebdo jurnalında dərc olunmuş məqalə
L'Hebdo jurnalında dərc olunmuş məqalə

Hazırda ABŞ-da və bir sıra Avropa ölkələrində Özbəkistanda korrupsiya ilə bağlı təhqiqatlar davam edir.

Bu ölkələrin bir neçə bankında üzərinə həbs qoyulmuş hesablarda, ehtimalən “özbək işi” üzrə keçən fiqurantlara məxsus 1 milyard dollardan artıq pulun saxlandığı deyilir.

L'Hebdo həftəlik məcmuəsinin isveçrəli jurnalisti François Pilet Özbəkistan ədliyyə nazirinin imzaladığı məktubun surətini əldə edib.

Onun bu barədə yazdığı məqalə “Papa Karimov öz şahzadə qızının qənimətini qaytarmaq istəyir” adlanır. Jurnalist yazır ki, bu, Özbəkistan hökuməti tərəfindən çox ağıllı addım sayıla bilər.

Məktub

Amerika banklarında dondurulmuş vəsaitlərlə bağlı məsələni həll etmək üçün ABŞ-ın Ədliyyə Nazirliyi bu iş üzrə, prezidentin qızı Qulnara Karimova da daxil bütün şübhəlilər barədə sorğu göndərib.

Onlar vəsaitləri geri qaytara bilməzlər, çünki Özbəkistan dünyanın ən korrupsiyalaşmış rejimlərindən biri kimi tanınır

Amerika rəsmilərinin məktubuna cavab olaraq Özbəkistanın Ədliyyə Nazirliyi “mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısının alındığı və müqəssirlərin sərt cəzalandırıldıqları barədə” müfəssəl izahat yazıb.

Məktubda göstərilir ki, cinayətkar dəstənin üzvləri Rusiyanın MTS, “Vımpelkom” kimi telekommunikasiya şirkətlərindən aldıqları rüşvət pullarını özlərinin xaricdəki bank hesablarına köçürüblər.

Özbəkistanın maliyyə naziri hesab edir ki, bu pullar Daşkəndə qaytarılmalıdır. Nazir məktubun sonunda bu məlumatın məxfi saxlanmasını xahiş edir.

Bu məktubda Qulnara Karimovanın adı, ümumiyyətlə çəkilmir.

Usta gediş

BBC-nin Özbək xidmətinə müsahibədə jurnalist François Pilet deyib ki, hətta İsveçrə standartları ilə “rüvşət şapkaları ilə bağlı özbək işi” yalnız Fillippin diktatoru Markosun və ya keçmiş Nigeriya prezidenti Abacha-nın korrupsiya qalmaqalları ilə müqayisə edilə bilər.

Özbəkistan Ədliyyə Nazirliyinin məktubunda prezident qızının adı çəkilmir
Özbəkistan Ədliyyə Nazirliyinin məktubunda prezident qızının adı çəkilmir

Jurnalistin sözlərinə görə, özbək tərəfi çox usta tərpənərək bu iş üçün Holwell Shuster & Goldberg firmasının ən tanınmış vəkillərini vasitəçi edib.

Bu məşhur Nyu York vəkillik firması isbat etməyə çalışır ki, Özbəkistan bu işdə zərərçəkən tərəf kimi qəbul olunmalıdır.

"ABŞ və İsveçrə hökumətləri pərtlik keçirirlər. Bu məsələ Daşkəndin xeyrinə həll olunarsa, pulları Özbəkistana qaytarmalı olacaqlar. Lakin eyni zamanda onlar vəsaitləri geri qaytara bilməzlər, çünki Özbəkistan dünyanın ən korrupsiyalaşmış rejimlərindən biri kimi tanınır. Onlar çox xoşagəlməz vəziyyətdə qalıblar” – deyib Pilet.

Yenə də Qulnara Karimova...

2014-cü ilin sentyabrında Özbəkistan Baş Prokurorluğu prezidentin qızı Qulnara Karimovanın bir neçə milyon dolların mənimsənilməsi və yuyulması işi üzrə fiqurant olduğunu təsdiq etmişdi.

Bununla belə, prokurorluq bu cinayət işində onun hüquqi statusunu dəqiqləşdirməmiş, sadəcə olaraq məsuliyyətin qaçılmazlığı prinsipinə əməl ediləcəyini vəd etmişdi.

Prokurorluq bildirmişdi ki, bu iş üzrə təhqiqatın gedişi və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Lakin bu bəyanatdan sonra prokurorluqdan heç bir səs çıxmamışdı.

Qulnara Karimovanın hələ də ev dustağı olduğu güman edilir.

XS
SM
MD
LG