Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:17

Özbəkistan məhkəməsi jurnalistə işgəncə verildiyinə dair iddiaları araşdırır


Jurnalist Bobomurod Abdullayev
Jurnalist Bobomurod Abdullayev

Martın 7-də Özbəkistan məhkəməsində jurnalist Bobomurod Abdullayevə işgəncələr verilməsinə dair iddiaların araşdırılmasına başlanıb.

İşgəncə izlərinin nümayiş etdirilməsi üçün Abdullayevdən köynəyini çıxarması rica edilib. Bundan sonra məhkəmə təxirə salınıb.

Hakim Zafar Nurmatov jurnalistin tibbi müayinədən keçməsi barədə vəkillər qrupunun vəsatətini təmin edib. Prokurorlar buna etiraz etməyiblər.

Məhkəmənin öz işini bu müayinədən sonra davam etdirəcəyi elan olunub.

Bu məhkəmədə Abdullyevdən başqa bloger Hayot Hon Nasriddinov, biznesmen Ravşan Salayev və Şavkat Olloyarov da müttəhimdirlər. Məhkəmənin gedişi insan haqları fəalları, müxalifət və jurnalistlər tərəfindən diqqətlə izlənir və hökumətin özbək cəmiyyətini islah etmək niyyətinin ciddiliyi üçün bir növ sınaq olacaq.

Fərqanə xəbər agentliyi və başqa media qurumları üçün materiallar verən müstəqil jurnalist Abdullayevə qarşı “konstitusiya rejimini devirmək cəhdi” itihamı irəli sürülüb. Bu ittihamla onu 20 ilədək həbsxana cəzası gözləyə bilər.

Onun vəkili Sergey Mayorov deyir ki, Abdullayev məruz qaldığı işgəncələr altında özünə qarşı ifadələri imzalayıb.

Abdullayevlə martın 3-də həbsxanada görüşmüş Mayorov deyib ki, jurnalist Milli Təhlükəsizlik Xidməti – MXX tərəfindən sentyabrın 27-də küçədə həbs olunduqdan sonra bir neçə gün ərzində işgəncələrə məruz qalıb.

Vəkil deyib: “Onlar onun belinə, ayaqlarına, sol qoluna 1 metr uzunluğunda plastik boru ilə vururdular. Ən ağır işgəncə isə ona 6 gün müddətində yatmaq imkanının verilməməsi idi. Bu 6 gün ərzində ona nə oturmaq, nə də uzanmaq imkanı verilib”.

Mayorovun sözlərinə görə, bundan başqa Abdullayevə psixoloji işgəncə verilirdi. Onu Rusiyadakı qızının zorlanacağı, Özbəkistandakı övladlarının öldürüləcəyi və arvadının həbsxanaya salınacağı ilə hədələyirdilər.

Abdullayevə və başqa müttəhimlərə qarşı ittihamlar Usman Haqnazarov imzası ilə dərc olunmuş silsilə məqalələrdən qaynaqlanır. Bu təxəllüsdən azı 2 nəfər istifadə edib. Məqalələr keçmiş prezident İslam Karimovun yaxın çevrəsində olmuş şəxslər barədə idi.

Müşahidəçilər bu məhkəmə prosesinin yeni prezident Şavkat Mitrziyoyev üçün sınaq olacağını bildirirlər. O ədliyyə sistemində islahatlar keçirəcəyini və konkret olaraq Karimovun vaxtında MXX tərəfindən qanunsuz işgəncələrə görə məsuliyyət daşıyanların cəzalandırılacağını vəd edib.

Fevral ayında 12 insan haqları qrupu Abdullayevin dərhal azad olunmasına və ona işgəncələr tətbiq edildiyinə dair iddiaların müstəqil istintaq tərəfindən araşdırlmasına çağırıb.

Ötən ay Abdullayevin cinayət işi MXX-dən alınaraq Baş prokurorluğa verilib. Təxminən elə o vaxt vəkilinə onu görmək şəraiti yaradılıb.

Müşahidəçilər bütün bu dəyişiklikləri müsbət qiymətləndirir və jurnalistə işgəncə verilməsi barədə iddiaların həqiqətən də araşdırılacağına ümid yaratdığını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG