Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:16

Prezident işgəncə verənləri azadlıqdan məhrum edir


Özbəkistan xüsusi xidmətinin əsgərləri (Foto arxivdəndir)
Özbəkistan xüsusi xidmətinin əsgərləri (Foto arxivdəndir)

Özbəkistanın Buxara vilkayətində təhlükəsilik xidmətinin 5 keçmiş əməkdaşı işgəncə vermək və səlahiyyətlərini aşmaq ittihamı ilə uzunmüddətli həbsxana cəzasına məhkum edilib.

AzadlıqRadiosuna anonimlik şərtilə danışan rəsmi iyunun 25-də deyib ki, Milli Təhlükəsizlik Xidnmətinin Buxara regional direkrtoru Rustam Azimov 14 il müddətinə azadlıqlan məhrum edilib.

Onun məhkəməsi bağlı qapılar arxasında keçirilib.

Həmin rəsmi deyib ki, Azimovun keçmiş əməkdaşlarından 4 nəfəri 16 ildən 18 ilədək azadlıqdan məhrum olunub.

Özbəkistan prezidenti Shavkat Mirziyoev ölkədə insan haqlarının bərbad vəziyyətini düzəltməyə və Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyi sistemində təmizləmə həyata keçirməyə söz vermişdi.

Amnesty International insan haqları təşkilatının əvvəlki prezident İslam Karimovun vaxtında dərc etdiyi hesabatda Özbəkistan həbsxanalarında işgəncələrin adi praktikaya çevrildiyi qeyd olunurdu.

Ölkənin yeni prezidenti Mirziyoev 2017-ci ildə imzaladığı fərmanla məhkəmələrdə işgəncə yolu ilə əldə olunmuş ifadələrin nəzərə alınması qadağan olunur.

Buna baxmayaraq ölkə həbxanalarında işgəncələrin davam etdiyinə dair məlumatlar var.

Mirziyoev Özbəkistan xüsusi xidmətlərinin fəaliyyətini Stalinin vaxtında mövcud olmuş NKVD-nin 1937-38-ci illərdəki repressiyalarına bənzədib və bunun yolverilməz olduğunu deyib.

Bu ilin yanvar ayında prezident Mirziyoev 23 ildir ki, ölkə xüsusi xidmətlərinə başçılıq edən general Rustam Inoyatovu vəzifəsindən azad edib.

O vaxtdan bəri xüsusi xidmətlərinin bir neçə yüksək rütbəli əməkdaşı həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG