Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:51

Baş nazirin müavini alçaldıcı fotoya görə vəzifəsindən qovulub


Özbəkistan baş nazirinin müavini Daşkənd vilayətində alçaldıcı şəkildə cəzalandırılan sakinlərin fotosuna görə vəzifəsindən kənarlaşdırılıb.

Bu fotoda taxıl zəmisinin vaxtında suvarılmasını təmin edə bilmədiklərinə görə suvarma arxının içində dizəcən suda dayanmağa məcbur edilmiş fermerlər təsvir olunur.

AzadlıqRadiosu Özbək xidmətinin məlumatında deyilir ki,fotoda əks olunan insident oktyabrın 25-də, baş nazirin müavini Zoyir Mirzayevin Daşkənd vilayətinin Akkurqan rayonuna səfəri zamanı baş verib.

Baş nazir artıq keçmiş müavini Zoyir Mirzaev
Baş nazir artıq keçmiş müavini Zoyir Mirzaev

Əkini suvarmadıqlarına görə kişiləri soyuq arxda 40-45 dəqiqə dayanmağa, daha sonra isə əyinlərində yaş paltarlarla onları təqib edən avbtomobilin qabağında qaçmağa məcbur ediblər.

Belə alçaldıcı cəzaya məruz qalanlardan üçü Akkurqan rayonu administrasiyasının işçiləridir. Onlardan biri məhəllə icra başçısı, daha ikisi isə fermerlərdir.

Kun.uz saytı xəbər verir ki, bu “cəzalandırma mərasimi” keçirilərkən Daşkənd vilayəti prokurorunun müavini və vilayətin başqa rəsmiləri də orda olublar.

Sosial şəbəkələrdə yayılmış başqa bir fotoda əllərində daş saxlayan 6 kişi əks edilib. Kun.uz-un yazdığına görə bu hadisə də oktyabrın 25-də, yenə də Mirzayevin iştirakı ilə Daşkənd vilayətinin Bekabad rayonunda baş verib.

Bu hadisə ölkənin sosial şəbəkələrində geniş əks-səda verib. İstifadəçilər baş vermiş rüsvayçı hadisə ilə bağlı qəzəbli postlar yazıblar.

AzadlıqRadiosu baş nazir Abdulla Aripovun sədrliyi ilə keçirilən müşavirədə iştirak etmiş bir məmura istinadən bildirir ki, baş nazirin müavini “prezidentin siyasətinə zidd hərəkətə yol verməkdə” ittiham olunub.

Mirzayev oktyabrın 27-də vəzifəsindən azad edilib. Bu da xəbər verilir ki, Daşkənd vilayəti prokurorunun müavini və bir sıra başqa rəsmilər də vəzifələrini itiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG