Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Özbəkistan nikahsız cütlərə otellərdə yaşamaq icazəsi verir


Buxara şəhərinin küçələrindən birində
Buxara şəhərinin küçələrindən birində

Özbəkistan prezidenti Shavkat Mirziyoev bir sıra başqa tədbirlərlə yanaşı nikahsız cütlərin otellərdə yaşamasına icazə verən fərman imzalayıb.

Özbəkistan Milli İnformasiya Agentliyi tərəfindən dərc olunmuş fərmanda bu maddə “nikahsız cütlərin şəxsi həyatı” adı ilə verilib:

"...Mehmanxana xidmətləri fərdlərin daimi yaşayış ünvanlarının, vətəndaşlıqlarının və ya nikah da daxil şəxsi münasibətlərinin təsdiqi olmadan istisnasız olaraq hamıya göstərilməlidir”.

Bu fərmanda habelə vətəndaşları Özbəkistana vizasız gələ bilən ölkələrin siyahısı genişləndirilib.

Hazırda Özbəkistanın Fransa, Türkiyə, İsrail, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və keçmiş sovet respublikalarının əksəriyyəti ilə vizasız gediş-gəliş rejimi var.

Fərmanda habelə fevral ayından Almaniya, Britaniya, İrlandiya və Avropa İttifaqının bir neçə başqa ölkəsinin vətəndaşlarına 30 günlük turist vizalarının verilməsi nəzərdə tutulur.

2016-cı ildə avtoritar lider İslam Karimovun ölümündən sonra hakimiyyətə gələn Mirziyoev bəyan edib ki, ölkənin beynəlxalq aləmə açılması üçün lazımi islahatları həyata keçirəcək.

XS
SM
MD
LG