Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 15:19

Özbəkistan Əfqanıstana məxsus hərbi təyyarəni vurub


Özbəkistan hərbçiləri

2 pilotun, ağır vəziyyətdə Termizdəki xəstəxanaya götürüldükləri xəbər verilir.

Özbəkistan hakimiyyəti Əfqanıstana məxsus hərbi təyyarənin ölkənin cənubundakı Şerabad rayonunda vurulduğunu deyir.

AzadlıqRadiosunda olan məlumata görə, bu barədə nazirlik avqustun 16-da məlumat yayıb.

Məlumata görə, təyyarəni avqustun 15-də Özbəkistanın hava hücumlarından müdafiə qüvvələri vurub.

Özbəkistan müdafiə nazirliyinin məlumatına görə, təyyarə ölkə ərazisinə girməyə cəhd edərkən vurulub.

Mənbə 2 pilotun, ağır vəziyyətdə Termizdəki xəstəxanaya götürüldüklərini xəbər verir.

Amma təyyarədə başqalarının olub-olmaması barədə məlumat verilmir.

Taliban hərəkatının yaraqlıları avqustun 15-də Kabili döyüşsüz ələ keçiriblər.

Prezident Ashraf Ghani-nin ölkəni tərk etdiyi bildirilir,amma hələlik harda olması barədə məlumat verilmir.

Bəzi məlumatlara görə, o, Tacikistan və ya Özbəkistana gedə bilər.

Amma Tacikistanın xarici işlər nazirliyi avqustun 16-da ölkənin hava məkanında Əfqanıstana məxsus təyyarə aşkar edilmədiyini bildirib.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etməyə başladıqdan dərhal sonra Taliban yaraqlıları sürətlə ölkənin demək olar ki, bütün ərazilərini ələ keçirib.

Hələlik Kabil hava limanının beynəlxalq və yerli qüvvələrin nəzarətində olduğu bildirilir.

Xarici diplomatik missiyaların əməkdaşları ölkədən çıxarılır.

XS
SM
MD
LG