Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Özbəkistanda dilənçilik cinayət əməli sayılacaq


Daşkənd küçələrində dilənçilik edən kişi
Daşkənd küçələrində dilənçilik edən kişi

Özbəkistan Senatı ölkə boyunca ictimai yerlərdə dilənçiliyi kriminallaşdıran qanunu təsdiq edib.

Dekabrın 13-də Özbəkistan parlamentinin yuxarı palatası - Ali Məclis prezident Shavkat Mirziyoevin sentyabr ayında təklif etdiyi qanuncvericilik aktını ratifikasiya edib.

Yeni cinayət qanunu dilənçiliyə görə 25 dollardan 75 dollaradək cərimə nəzərdə tutur.

Bu cəriməni ödəmək imkanında olmayanlara 15 sutkalıq həbs cəzası verilə bilər.

Qanunu dəfələrlə pozanları isə 240 gün müddətində ictimai işlərin görülməsinə, iki il müddətinə icbari əməyə və ya bir ilədək azadlıqdan məhrumetməyə məhkum edə bilərlər.

Qanunvercilikdə habelə uşaqlardan, qocalardan və ya əlillərdən dilənçi qrupları təşkil edənlər və ya əlaqələndirənlər üçün bir ildən üç ilədək həbsxana cəzası nəzərdə tutulub.

Yeni qanunda dilənçilik “fəal şəkildə pul, yemək və başqa materialların tələb olunması” kimi təfsir edilir.

Qanunda deyilir ki, o küçələrdə, ictimai nəqliyyatda və aeroportlar, dəmir yolu stansiyaları, parklar, mağazalar və ticarət mərkəzlərində və ya maddi-mədəniyyət irsi sayılan ocaqlarda həyata keçirilən dilənçiliyi hədəfləyir.

Dilənçilik Özbəkistanda Sovet İttifaqının çökməsindən sonra geniş miqyas almış, lakin 2008-ci ildə iqtisadi inkişafla bağlı azalmışdı.

Bütün dünya boyunca ekstremal yoxsulluğa qarşı mübarizə aparan Borgen Project ABŞ QHT-sinin məlumatına görə 31 milyonluq Özbəkistan əhalisinin 4 milyon nəfəri yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşayır.

Bu rəqəm 2001-ci ildə 10 milyon nəfər idi. QHT bildirir ki, indi bunların 75 faizi kənd yerlərinə köçüb.

Özbəkistan Daxili İşlər Nazirliyi bildirir ki, 2018-ci ildə təkcə paytaxt Daşkənddə 5 min dilənçi aşkar edilərək islah mərkəzlərinə göndərilib.

Bunlardan 4 mininin qadın və bunlardan isə 3 mininin uşaqlı olduğu müəyyən edilib.

Daşkənddə 2018-ci il ərzində 100-dək əlil kişinin və 500 ahıl insanın dilənçilik etdiyi aşkarlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG