Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:20

Overçuk: Tərəflər dəmiryol razılaşmasına çox yaxındırlar


Rusiya baş nazirinin müavini Aleksey Overçuk
Rusiya baş nazirinin müavini Aleksey Overçuk

Tərəflər bugünkü danışıqlarda mövqelərini o qədər yaxınlaşdırıblar ki, biz artıq Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu nəqliyyatının bərpası barədə danışa bilərik.

Bunu mayın 31-də Moskvada jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib:

“Bu halda Ermənistan Naxçıvan, Syunik və Azərbaycan ərazisi ilə Rusiyaya, Avropa İttifaqı ölkələrinə, İrana yolun açılması və hərəkətin bərpası imkanı əldə edəcək”.

Overçukun sözlərinə görə baş nazir müavinlərinin Moskvada qarşıdan gələn görüşü ərəfəsində Azərbaycan və Ermənistan arasında sərhədin keçilməsi qaydası müzakirə olunacaq.

Hər iki tərəf başa düşür ki...

Rusiya baş nazirinin müavini deyib ki, hər iki tərəf yolun “necə açılmalı olduğunu” başa düşür:

“Söhbət ondan gedir ki, bütün beynəlxalq sərhədlərdə olduğu kimi bu sərhəddə də pasport, gömrük və nəzarətin bütün növləri olacaq”.

Overçuk qeyd edib ki, üçtərəfli işçi qrup çərçivəsində hazırlanan bütün qərarlar “şübhəsiz, Cənubi Qafqazda ümumi vəziyyətin stabilləşməsinə və Ermənistanın blokadadan çıxarılmasına xidmət edəcək”.

Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri səviyyəsində üçtərəfli işçi qrup 9 noyabr 2020-cü il üçtərəfli bəyanatına uyğun olaraq regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məqsədilə yaradılıb.

Yerevan bildirir ki, Azərbaycan rəhbərliyinin tez-tez “Zəngəzur dəhlizi” adlandırdığı bu nəqliyyat keçidinin Ermənistana aid hissəsi Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərməlidir.

Ermənistanda ordu islahatı: Yerevan müdafiəni gücləndirmək üçün qadın alayı yaradır
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG