Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 03:49

Məşhur xokkeyçinin Putin sevgisi. 'Putin komandası' hərəkatını kim yaradıb?


Rusiya - Aleksandr Ovechkin və Vladimir Putin. Soçi, 8 avqust, 2017

Alex Ovechkin indiyəcən Amerikada oynamış rus xokkeyçilər arasında ən məşhurudur.

32 yaşlı Ovechkin artıq Milli Xokkey Liqasının ən çox qol vuran oyunçuları arasındadı.

İlə 10 milyon dollar qazanır.

Onun həm də Rusiya prezidenti Vladimir Putinlə gözəl münasibətləri var. Putin ona şəxsi telefon nömrəsini verib. Keçən il isə Ovechkinin toyuna öz hədiyyəsini göndərib.

Ovechkin bu yaxınlarda elan edib ki, "Putinin komandası" adlı hərəkat yaradıb.

O deyir ki, bu, siyasi hərəkat deyil, sadəcə, Rusiya prezidentinin şəxsiyyətinə böyük hörməti var.

Kreml də bildirir ki, Putinin bu təşəbbüsdən əvvəlcədən xəbəri olmayıb, amma xəbəri eşidəndə buna sevinib.

Amma Washington Post yazır ki, bu ideyanın elə Kremldən gəldiyinin əlamətləri göz önündədir.

Buna da bax: Putin ad gününü xokkey meydançasında keçirib

Putin ad gününü xokkey meydançasında keçirib
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Rusiyanın "Vedemosti" qəzetinin Kremldəki mənbələrinə istinadla yazdığına görə, "Putinin komandası" ideyasının arxasında Moskvadakı IMA-Consulting şirkəti dayanır.

Bu şirkətin 2018-ci ilin martında baş tutacaq prezident seçkilərini təbliğ etmək üçün 600 min dollarlıq müqavilə imzaladığı deyilir.

Putin hələ ki rəsmən seçkilərə qatılacağını bildirməyib.

Amma gözlənilir ki, hakim partiya tezliklə onun namizədliyini elan edəcək.

Washington Post yazır ki, Putinin reytinqi elə yüksəkdir ki, Ovechkin kimi ulduzun dəstəyi onun seçilib-seçilməyəcəyi məsələsini həll etməyəcək.

Amma bu, gənc seçicilərin Putinə simpatiyasını artıra bilər.

Buna da bax: Berdymukhammedov Putinə it hədiyyə etdi

Berdymukhammedov Putinə it hədiyyə etdi
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Moskvada fəaliyyət göstərən idman agentlərindən biri Washington Post-a deyib ki, onun müştərisi olan məşhur idmançılardan bir neçəsinə "siyasətlə bağlı şəxslər" tərəfindən müraciət olunub ki, "Putinin komandası"na qoşulsunlar.

İdman agenti adının çəkilməsini istəməyib. IMA-Consulting isə Washington Post-a açıqlamasında Ovechkin-in təşəbbüsü ilə heç bir bağlılığı olmadığını deyib.

Şimali Amerikada "Putin komandası"na elə də çox ulduz qoşulmayıb. Qoşulanlar arasında Pavel Bure, Ilya Kovalchuk, Evgeni Malkin də var.

ABŞ-da 30-a yaxın rusiyalı xokkeyçi var. Belə görünür ki, onlar bu kampaniyaya qoşulmaqda tərəddüd edirlər.

Amerikada fəaliyyət göstərən bir xokkey agenti deyib ki, onun Şimali Amerikada oynayan müştəriləri bu təşəbbüsdən məmnun deyillər, bunu siyasi lobbiçilik hesab edirlər.

XS
SM
MD
LG