Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

30 il əvvəl Lənkəranda azadlıq istəyənlər


Lənkəran, Şəhidlər Xiyabanı, yanvar 2020
Lənkəran, Şəhidlər Xiyabanı, yanvar 2020

Otuz il bundan əvvəl SSRİ ordusu Bakı ilə yanaşı ölkənin bəzi bölgələrinə də yeridildi. Bakı ilə yanaşı bəzi bölgələrdə də ölənlər, yaralananlar oldu. O, bölgələrdən biri də Lənkərandır...

Həmin hadisələrin canlı şahidi, Lənkəran şəhər sakini Aftandil Vəliyev o dövrü belə xatırlayır:

“Bizi əsr götürdülər”

“Sovet ordusu yanvarın 26-da Lənkəran şəhərini mühasirəyə aldı. Lənkəran şəhərində qırğın olmasın deyə, çəkildik meşəyə. Elə bilirdik ki, hərbiçilər meşəyə girməzlər. Axşamüstü bizə hucum etdilər. İki tərəfdən hucuma keçdilər. Demək olar ki, mühasirədə idik. Başladılar bizə atəş açmağa. Bizim silahımız yox idi. Kolluqlar arasında gizləndik. Bizdən 6 nəfəri güllə ilə vurdular. Rəhmətlik Salmanı,Vaqif Məmmədovu və başqalarını güllələdilər.Bizi əsr götürdülər. Maşına mindirdilər, gətirdilər Lənkəranda olan tank alayının həyətinə. Orada qolumuzu bağlayıb helikopterlə apardılar Bakıya ”

“Bizi Rusiyanın Ulyanovsk şəhər həbsxanasına gətiriblər”

Aftandil Vəliyev, yanvar 2020
Aftandil Vəliyev, yanvar 2020

Onun sözlərinə görə, saxlanan şəxslərlə əşya kimi davranıblar:

“Yeri gəldi vururdular. Bakıda müxtəlif yerlərdən gətirilmiş, təxminən 40-a yaxın adam var idi. Bu adamların içərisindən 16 nəfəri seçdilər. Mən də onlardan biri idim. Hərbi təyyarə ilə apardılar Rusiyanın Krasnodar şəhərinə. Orada bizi mindirdilər vaqonlara. Üç sutka yol getdik. Sonra bildik ki, bizi Rusiyanın Ulyanovsk şəhər həbsxanasına gətiriblər. Balaca bir otaqda yerləşdirdilər. Elələri var idi ki, səhərə kimi ayaq üstə qaldı. Səhər bizi kameralara yerləşdirdilər.”

Aftandil Vəliyev deyir ki, əsgərlər onalara işkəncələr versələr də, hər yerdə mülki adamlar onlara kömək edib:

“Orada bildik ki,...”

“Həmin vaxtı bir Azərbycanlı zabit yanımıza gəldi. Sonra bildik ki, əslən Göyçaydan olan Fariz Məcidovdur. Vəziyyətdən çıxmaq üçün bizə kömək etdi. Bizimlə yanaşı Azərbaycan televiziyasının işçiləri, Biləcəri Lokomativ deposundan Zeynal Məmmədov ( tətillərin təşkilatçılarından biri-red), Xəzər Dəniz Gəmiçilik İdarəsindən 20 nəfər şəxsi heyəti var idi. Orada bildik ki, Azərbaycanın hər yerindən bu cəza dəstəsinə etirazlar olub. Bir ay orda qaldıq. Orda olan həmyerlilərimiz bizi ərzaqla təmin edirdilər.Azərbaycana qayıdanda da təyyarəyə biletlərmizi aldılar.”

Aftandil Vəliyev vurğulayır ki, bəziləri həmin hadisələr zamanı sağlamlıqlarını itirib :

“Elə bilirdik ki, bizi güllələməyə aparırlar”

“Həbsxana həyatı özü bir işgəncə idi. Həyacan keçirtmişdik, bir çoxları şəkərə tutuldu.Elə bilirdik ki, bizi güllələməyə aparırlar. Qay;dandan sonra iki nəfər dünyasını dəyişdi. 25 yaşlı Taryel Abdullayevin qolunu bağlamışdılar, boynuna ip salmışdılar. Helikopter uçan vaxtı görüblər ki, boğulub. İstəyiblər Xəzər dənizinə atsınlar, ordakılar mane olublar. Bu hadisələr əhali arasında dönüş yaratdı. Artıq sovet ordusuna xilaskar ordu kimi baxmırdılar. Onlardan bir zabit güllələnmişdi,istədilər bizim boynumuza qoysunlar. Sübut edə bilmədilər. Çünki, həmin zabiti özləri güllələmişdilər. Əli yalın insanların üstünə gələnləri hardansa yığıb gətirmişdlər. Heç öz komandirlərinə belə qulaq asmırdılar.”

“Heç kim və heç nə yaddan çıxmayıb”

Yusif Abdullayev, yanvar 2020
Yusif Abdullayev, yanvar 2020

20 yanvar İctimai Birlyinin Lənkəran rayon təşkilatının sədri Yusif Abdullayev isə həmin dövrü Azərbaycan xalqının sınaq illəri adlandırır:

“1990- ci lin 20 yanvar faciəsindən sonra sovet ordusu bölgələrə də yeridildi. Bu ordu yanavarın 25-də Neftaçalada, sonra Cəlilabadda oldu. Ordu yanavrın 26-da Lənkəran şəhərini mühasirəyə aldı. Lənkəranda özünümüdafiə bataliyonu yaradılmışdı. Məqsəd Qarabağa yardım etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq idi. Lənkərana hucum nəticəsində 6 nəfər həlak oldu. Onlardan biri Tariyel Abdullayev mənim qardaşımdır. Helikopterdə qətlə yetirlimişdi. Lənkəranlılar hadisənin 30 illiyini qeyd edirlər. Lənkəran Şəhidlər Xiyabanına gələnlərin sayı onu göstərir ki, heç kim və heç nə yaddan çıxmayıb.”

O hesab edir ki, 20 yanvar hadisələri orta məktəblərdə daha geniş tədris olunmalıdır:

“O vaxt Lənkəranda baş verənlər tarix dərsiliklərində öz əksini tapmalıdır. Bunlar məktəblərdə keçilməlidir. Hamı bilməlidir ki,azadlıq bizm üçün heç də asan başa gəlməyib. Bizdən sonra gələn nəsillərin bu hadisələrlə bağlı dolğun məlumatları yoxdur. İndi SSRİ-dən danışırlar. Daha bilmirlər ki, o faciələri bizim başımza sovet sistemi gətirdi. Bəziləri deyir ki, SSRİ dağıldı, bizə də müsətəqillik düşdü. Biz azadlığı canımız bahasına almışıq...”

Lənkəran, Şəhidlər Xiyabanı, 2020
Lənkəran, Şəhidlər Xiyabanı, 2020

Xatırlatma

30 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. O rayonlarda da itkilər yaşanıb. Ümumilikdə bu hadisələr nəticəsində 147 şəxs həlak olub, 744 nəfər yaralanıb, üstəlik, 841 nəfər həbs olunub.

Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG