Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Avropanın ən yaxşı filmi seçildi


Ruben Ostlund 'Kvadrat' filminə görə Kann Festivalının da baş mükafatını almışdı. 28 may, 2017
Ruben Ostlund 'Kvadrat' filminə görə Kann Festivalının da baş mükafatını almışdı. 28 may, 2017

İsveçli rejissor Ruben Ostlund-un "Kvadrat" filmi Avropa Film Akademiyasının 6 mükafatını qazanıb,

O cümlədən "Ən yaxşı Avropa filmi", "Ən yaxşı Avropa komediyası", "Ən yaxşı ssenari" və "Ən yaxşı rejissor" mükafatlarını.

Mərasim Berlində keçirilib.

Filmdə baş rolu ifa etmiş Claes Bang "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.

Filmdəki hadisələr Avropada baş verir.

Satiranın hədəfi Avropanın mədəni elitasıdır. Bu elitanın başı özünə o qədər qarışıb ki, reallıq hissini elə itirib ki, artıq açıq-aşkar absurd olan "sənət nümunələrindən" muzeylər yaradır, bu elitanın nümayəndələri ikili həyat yaşayırlar, başları öz eqoist və dəbdəbəli həyat tərzlərinə qarışdığından cəmiyyətdə baş verənlərdən xəbərsizdirlər, Avropa sivilizasiyasını xaricdən təhdid edən qüvvələrə isə sadəlövhcəsinə qucaq açırlar.

Filmin ssenari müəllifi və rejissoru Ruben Ostlund bir neçə ay qabaq Kann Festivalının da baş mükafatını qazanmışdı.

Buna da bax: "Eurovision-2017" müsabiqəsinin qalibinə yeni ürək köçürüldü

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG