Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 00:30

ABŞ müdafiə naziri Kiyevə gəlib


Lloyd Ostini Kiyev vağzalında qarşılayanlardan biri də ABŞ-ın Ukraynadakı səfiri Bricet Brink olub
Lloyd Ostini Kiyev vağzalında qarşılayanlardan biri də ABŞ-ın Ukraynadakı səfiri Bricet Brink olub

ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 20-də Kiyevə rəsmi səfərə gəlib.

O özünün X sosial platformasınnda yazıb ki, Vaşinqton Ukraynanı Rusiyaya qarşı müharibədə dəstəkləməkdə davam edəcək:

"Mən bugün bura mühüm bir məlumat verməyə gəlmişəm. Birləşmiş Ştatlar Ukraynanı onun azadlıq uğrunda Rusiya təcavüzünə qarşı mübarizəsində indi olduğu kimi gələcəkdə də dəstəkləməkdə davam edəcək".

Pentaqon başçısının Ukrayna rəhbərliyi ilə görüşlər keçirəcəyi xəbər verilir.

Pentaqonun məlumatında deyilir ki, müzakirələrin əsas diqqəti Birləşmiş Ştatlar və Ukrayna arasında strateji partnyorluğun möhkəmlənsdirilməsinə, o cümlədən Ukrayna silahlı qüvvələrinin qış mövsümü üçün təchizatına yönələcək.

Eyni gündə Kiyevə Avropadakı NATO qoşunlarının ali baş komandanı general Kristofer Kavoli də gəlib.

Ostin noyabrın əvvəllərində demişdi ki, ABŞ Kiyevə dəstəyini dayandırsaydı, Rusiya Ukraynadakı məqsədlərinə çata bilərdi.

Bundan əvvəl prezident Co Bayden Konqresdən İsrail, Tayvan və Ukraynaya maliyyə yardımları da daxil 106 milyard dollarlıq büdcənin qəbul edilməsini rica edib.

Lakin buna baxmayaraq Konqres 2024-cü ildə Ukraynaya vəsaitlərin ayrılmasına dair qərarı hələ də qəbul etməyib.

Bu Ostinin Ukraynaya ikinci səfəridir. O Kiyevə Polşadan gəlib.

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Vaşinqton Kiyevə milyardlarla dollarlıq hərbi və başqa yardımlar edib.

Rusiya Xersonu atəşə tutub

Ostinin indiki səfəri Kiyevin Dnipro rayonundakı mənzildə qumbara partlamasından bir əsgərin və bir qadının həlak olduğu vaxta təsadüf edib.

Partlayış zamanı həlak olanlardan birinin qardaşı ağır yaralanıb və xəstəxanaya aparılıb.

Hadisənin dəqiq səbəbi bilinmir və hazırda həmin mənzildə müstəntiqlər və tibb ekspertləri işləyirlər.

Xəbər verilir ki, noyabrın 20-də Rusiyanın Xersonu artilleriya atəşinə tutması nəticəsində iki mülki şəxs həlak olub.

Kontakt qrupunun görüşü

ABŞ hökuməti dəfələrlə bəyan edib ki, lazım olduğu müddətcə Kiyevin yanında olacaq.

Buna baxmayaraq Vaşinqtonun Kiyevə davam edən yardımları Konqresdəki sərt xətt-hərəkət tərəfdarı respublikaçıların narazılığına səbəb olub.

Ostinin bu səfəri habelə Ukrayna üzrə Müdafiə Kontakt Qrupunun bu həftənin sonlarında keçiriləcək iclası ərəfəsinə təsadüf edir.

Bu qrupa ABŞ-ın başçılığı ilə Ukraynaya dəstrək verən 50 ölkə daxildir.

XS
SM
MD
LG