Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:59

Erməni iddialarına cavab sayılan filmin premyerası olacaq


Osmanlı Subayı filmi
Osmanlı Subayı filmi

Yerli və xarici aktyorların yer aldığı 'Osmanlı Subayı' adli filmin mayın 19-da premyerası olacaq.

Filmin prodüseri Yusuf Esenkal, yenisafak.com-a müsahibəsində deyib ki, onlar bu filmlə Türkiyə torpaqlarının hekayəsini Hollywoodda ağ pərdəyə daşıyıblar.

Filmin təxminən 30 milyon dollara başa gəldiyi bildirilir.

Filmdə Oskar mükafatçısı olan aktyor Ben Kingsley və “ Gamae of Thrones” filmində oynayan Micheil Huisman kimi tanınmış sənətkarlar yer alırlar.

Yusuf Esenkal deyir ki, torpaqlarımızın hekayəsini bu işin ən yaxşısı hesab olunan Hollywud ekranında göstərmək qərarına gəldik və bu Türkiyənin Hollywudakı ilk filmidir.

Esenkal rejissor, görüntü ssenaristi, aktyorlar, kostyum və hər şeyin Hollywud maşınından çıxdığını deyir.

Prodüser deyir ki, əslində film bir hekayədən, Vandakı missioner xəstəxanasında işləməyi qərara alan bir amerikalı tibb bacısının yolda başına gələnlərdən bəhs edir.

“Bu film 1914-1915-ci illər Birinci Dünya Müharibəsi zamanı Şərq cəbhəsində baş verənləri göstərir. Orda ortaq bir açı yaşanır. Yəni həmin vaxt ermənilərin ruslarla bir olub Anadoluda fəaliyyət göstərmələri, həm də döyüş əsasında bir sıra quldurlar tərəfindən ermnilərə etdilən zorakılıqlardan bəhs edir.Yəni əsalində filmin müharibənin doğurduğu ortaq ağrını göstərən bir arxa fonu var, amma filmin əsas hekayəsi klassik bir eşq hekayəsidir”, Yusif Esenkal deyir.

Prodüser deyir ki, bu ilin martında ABŞ-da filmə baxış keçiriləndə bir erməni komitəsi filmin yayılmaması üçün kampaniyaya başladı.

“Onlar hətta aktyor və rejissorlara belə hədə məktubları göndərdilər, kino salonları və univerisitetləri bu istiqamətdə hərəkətə gətirməyə çalışdılar”, Yusif Esenkal vurğulayır.

Onun sözlərinə görə film hazırda ABŞ-da 300-dən çox kini salonunda göstərilir.

Qeyd edək ki, şərhçilər və bir sıra sənətçilər bu filmi , ermənilərin bundan əvvəl eyni movzuda çəkdikləri filmə cavab hesab edirlər.

"Vəd" filmi Amerika mənşəlli erməni iş adamı Kirk Kerkorian-ın arzusu və maddi dəstəyi ilə çəkilib.

Buna da bax: "Filmi Hollywoodun tanınmış rejissoru Terry George çəkib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG