Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:23

Hüquq müdafiəçisi: 'Vəkil çatışmır, insanlar müdafiəsiz qalıblar'


Oqtay Kulaliyev
Oqtay Kulaliyev

“ Siyasi həbslər getdikcə artır, cəzaçəkmə müəssələrində cəzası başa çamış məhbuslara qarşı qanunsuz hərəkətlərə yol verilir. Siyasi motivlərlə həbs edilənlərin bəziləri vəkilsiz qalıblar”

Hüquq müdafiəçiləri Azərbaycanda son həbslər və represiyalardan danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Bu fikirlər Siyasi Məhbusları Müdafiə Mərkəzi və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin oktyabrın 27-də Müsavat Partiyasının qərargahında keçirdiyi dinləmələrdə ifadə edilib. Müzakirələr “Ölkədə baş verən həbslər və həbsdə olan siyasi məhbuslara qarşı təhdidlər” mövzusunda olub.

Tədbirdə hüquq müdafiəçiləri, məhbusların ailə üzvləri, vəkillər, siyasi partiya təmsilçiləri iştirak ediblər.

İnsan hüquq və azadlıqları ilə bağlı ciddi hadisələrin baş verdiyini vurğulayan vəkil Osman Kazımov bu yaxınlarda Azərbaycana gələndən sonra həbs edilən müsavatçı Azad Həsənova cinayət işi açılmasından danışıb.

Vəkil Osman Kazımov
Gözlə
Embed

No media source currently available

0:00 0:02:05 0:00

​O, 2015-ci ildən ailəsi ilə birgə Litvada yaşayan A.Həsənovun onkoloji xəstə olan atasına görə, ölkəyə geri döndüyünü və narkootik ittihamı ilə həbs edildiyini deyib. Müsavatçının saxlanılmasının pozuntularla müşayət olunduğunu vurğulayan vəkil ümumilikdə polisin saxlanılan şəxslərə münasibətdə qanunda nəzərdə tutulan ən elementar qaydalara əməl etmədiyini vurğulayıb. Vəkili bunu pozuntulara yol verən polislərin cəzasız qalması ilə izah edib.

Hüquq müdafiəçisi Oktay Güləliyev isə ölkədəki vəkil çatışmazlığından bəhs edib.

“Azərbaycanda vəkil çatışmır, insanlar müdafiəçisiz qalıblar. Həbsdəki siyasi məhbuslarının bəzilərinin vəkili yoxdur. Kimsə deyə bilər ki, cəzaçəkmə müəssisəsində olanların vəkilə ehtiyacı yoxdur. Ancaq belə deyil, ehtiyacları var. ”, hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, həbsdəki siyasi məhbus sayılan şəxslərin əksəriyyətinin səhhəti ilə bağlı da problemləri var.

“Elə siyasi məhbuslar var ki, bədənlərində qəlpə gəzdirirlər. Humanistlikdən danışan hakimiyyət onların normal müalicə olunmasına imkan vermir”, o, qeyd edib.

Müsavat Partiyası təmsilçisi Mustafa Hacıbəyli də son zamanlar siyasi motivli həbslərin artdığını, qanunsuzluqların baş alıb getdiyini vurğulayıb. O, xarici ölkə səfirliklərindən də narazılıq edib, onların həbslərə səssiz qalmasından gileylənib.

Siyasi partiya təmsilçisi vurğulayıb ki, durumun dəyişməsindən ötrü aktiv insanlar, müxalif partiyalar effektiv çalışmalıdır.

Xatırlatma

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması, cəzaçəkmə müsəsələrində məhbuslara ayrıseçkilik edilməsi, polis məntəqələrində qanunsuzluq və insn hüquqları sahəsində vəziyyətin ağırlaşması ilə bağlı iddialarla razılaşmırlar.
Prezident İlham Əliyev isə oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forumdakı çıxışında deyib ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir.
“O cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir”, deyə dövlət başçısı vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG