Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:30

Ermənistanda keçmiş nazirlərin müxalifət koalisiyası yaranır?


Vartan Oskanyan
Vartan Oskanyan

Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan ümid etdiyini bildirib ki, keçmiş müdafiə naziri Seyran Ohanyan qarşıdan gələn parlament seçkisində onun partiyası və başqa müxalifət qrupları ilə eyni fraksiyadan çıxış edəcək.

AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Oskanyan deyib ki, o həmçinin potensial olaraq Jaranqutyun partiyasının lideri Raffi Hovannisyanın da müxalif seçki platformasında ola biləcəyini deyib.

Lakin Oskanyan bilidirib ki, “şəxsiyyətinə hörmət etdiyi” Ohanyanla, o ötən oktyabrda vəzifəsindən azad ediləndən sonra görüşüb, lakin keçmiş müdafiə naziri siyasəti gəlib-gəlməyəcəyinə dair hələlik heç bir qərar qəbul etməyib.

Keçmiş müdafiə naziri Seyran Ohanyan hələlik siyasətə qoşylması barədə bir söz deməyib
Keçmiş müdafiə naziri Seyran Ohanyan hələlik siyasətə qoşylması barədə bir söz deməyib

Eyni zamanda Oskanyan bu görüşün onun koalisiya danışıqlarında olması kimi başa düşülməməlidir.

Ohanyana gəlincə isə o, 1999-cu ildən 2007-ci ilədək “Dağlıq Qarabağ ordusunun komandanı olub. 2007-ci ildə ovaxtkı prezident Robert Koçaryan həmyerlisini Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəıisi təyin edib.Osknayan isə 1998-ci ildən 2008-ci ilədək Ermənistanın xarici işlər naziri olub. Bəzi təhlilçilər onları Koçaryanın kadrları kimi təqdim edirlər.

Oskanian və yoldaşları ötən iyun ayında Hamaxmbum (Həmrəylik) adlı yeni müxalifət partiyası yaradıblar. Suriya əsilli keçmiş xarici işlər naziri ötən ay bəyan edib ki, o digər müxalifət partiyaları ilə birlikdə seçki alyansı yaratmağa hazırdır.

Vartan Osknayan 2017-ci il parlament seçkisini ölkədə hakimiyyət dəyişikliyi üçün “təkrarsız fürsət” adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG