Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:18

Müxalifət liderlərindən olan keçmiş nazir Oskanyanın oğlu və qardaşı oğlu saxlanıb


Ermənistan polisinin rəhbəri Vladimir Gasparian

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu və qardaşı oğlu fevralın 19-a keçən gecə Yerevanda saxlanıblar.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidmətinə Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan mlumat verib.

Onun sözlərinə görə, saxlananlar ifadə verməkdən imtina ediblər.

Sona Truzian
Sona Truzian

İstintaq komitəsinin məlumatına görə, onlar cinayət törətməkdə şübhəli bilinirlər.

“2017-vi il fevralın 17-də bir nəfər şəxsin məlumatı əsasında polisə materiallar daxil olub ki, G.Sirafaryan və onun əmisi oğlu A.Oskanyan bir nəfərdən borcun qaytarılmasını tələb ediblər. Onlar həmin şəxsin maşından çıxmasına imkan verməyib və onu saxlamlığa zərər vura bilən zorakılıqla hədələyiblər. Materiallarda cinayət əməlinin olduğunu nəzərə alaraq, qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxsin sağlamlıq üşün təhlükəli olan zor tətbiq etməyi planlaşdırması və ya onu tətbiq etməklə hədələməsi ilə bağlı cinayət işi açılıb”deyə məlumatda bildirilir.

Hüquq-mühavizə orqanlarının məlumatına görə, həmin şəxslər Yerevanın Leninqradyan küçəsində zərərçəkmiş N.Berberyanı maşına otuzduraraq Abovyan şəhərinə aparıb və onu hədələyərək 1,5 milyon dramın (3 min dollardan çox) qaytarılmasını tələb ediblər.

İstintaq Komitəsi hazırda faktla bağlı araşdırma aparıldığını bildirir.

Sona Truzyanın məlumatına görə, cinayət barədə xəbər verən Suriya ermənisidir.

Xatırladq ki, keçmiş xarici işlər naziri Vardan Oskanyan aprelin 2-də keçiriləcək parlament seçkisinə birgə gedən müxalif "Ohanyan-Raffi-Ooskanyan" seçki blokunun liderlərindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG