Keçid linkləri

2024, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 01:29

Həbsxanada işgəncə videolarını yayan fəal axtarılır


Vladimir Oseçkin (solda) və Sergey Savelyev, arxiv fotosu
Vladimir Oseçkin (solda) və Sergey Savelyev, arxiv fotosu

2015-ci ildən Fransada yaşayan Oseçkin dəqiq açıqlanmayan cinayətdə şübhəli bilinərək siyahıya “yenidən” salınıb

Rusiya hakimiyyəti insan haqları qrupunun təsisçisini axtarılan cinayətkarlar siyahısına salıb.

Noyabrın 11-də Vladimir Oseçkinin adı Rusiya Daxili İşlər Nazirliyinin axtarılan şəxslər reyestrinə salınıb. İki gün öncə isə onun Gulagu.net təşkilatı həbsxanada işgəncə və zorlamanı göstərdiyi iddia olunan işgəncə videolarının ikinci hissəsini yayıb. Videoların 2015-ci ilin iyulundan 2020-ci ilin sentyabrınacan OTB-1 vərəm dispanserində yazıldığı bildirilir.

Ötən ilin iyulunda da adı siyahıda idi

2015-ci ildən Fransada yaşayan Oseçkin dəqiq açıqlanmayan cinayətdə şübhəli bilinərək siyahıya “yenidən” salınıb.

O, 2020-ci ilin iyulunda qısa müddətə bu sıyahıya düşmüşdü. Onda Moskva məhkəməsi hansısa dələduzluq ittihamları ilə fəal barəsində həbs orderi çıxarmışdı.

Oseçkin ötən ay bildirib ki, Gulagu.net məhbuslara işgəncə verildiyini göstərən videolar əldə edib. Pis rəftarda məqsəd məhbusları Federal Təhlükəsizlik Xidməti (FSB) və penitensiar xidmət (FSIN) rəsmiləri ilə əməkdaşlığa vadar etmək olub.

400-dən çox məhbusun bəyanatı

Oseçkinin oktyabrda yaydığı videolar ciddi ictimai rezonans yaratdı, FSIN-in Saratov direktorluğunun başçısı istefa verdi, şəhərin bir sıra aparıcı həbsxana rəsmiləri işdən çıxarıldılar.

400-dən çox məhbus sonradan bəyanat yayaraq həbsxana nəzdindəki xəstəxanada işgəncə gördüklərini iddia elədilər.

Oseçkin videoların keçmiş məhbus, İT eksperti, Belarus vətəndaşı Sergey Savelyevdən alındığını deyirdi.

Savelyev ötən ay Fransaya qaçıb, orada siyasi sığınacaq üçün müraciət edib.

Rusiya onun barəsində həbs orderi çıxarıb, “rəqəmsal informasiyaya qanunsuz çıxış”da suçlayıb. Noyabrın 11-də prokurorlar ittihamları ləğv edərək Savelyevə qarşı cinayət işini bağlayıblar.

XS
SM
MD
LG