Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Amerikalılar Oscar qaliblərini tanıyırmı?


ABŞ-ın “Hollywood Reporter” jurnalı ilə “Morning Consult” marketinq araşdırmaları şirkəti ölkənin hər yerini təmsil edən 2201 nəfər arasında geniş sorğu keçirib. Respondentlərin 80%-i Guillermo Del Toronun “Suyun şəkli” (“The Shape of Water”) filminin 2018-ci ilin ən yaxşı filmi kimi Oskar mükafatına layiq görüldüyünü deyə bilməyib. Bir çoxları 2017-ci ildə “La La Land”in “Ay işığı” (“Moonlight”) filminə qalib gəldiyini düşünür.

CƏMİ 20 FAİZ DÜZGÜN CAVABI BİLİR

Hollivud üçün Oskar yarışı yanvarda keçirilən Sundance Film Festivalından başlayır. Yaza və yaya qədərsə filmlər və onların yaradıcıları bir yüksək səviyyəli kino hadisəsindən digərinə köç edir. Berlindən Kanna, oradan Venesiya və Telyurayd (ABŞ) beynəlxalq kino festivallarına. Payızda isə əsas hadisələr başlayır.

Kino sahəsi il ərzində ən uğurlu filmlərlə tanış olsa da, sadə amerikalıların çoxu Oskar mükafatlarının yalnız adını eşidib. Aparılan sorğunun nəticələrindən belə çıxır ki, çoxları cəmi bir il öncə hansı filmin ən yaxşı film nominasiyasında qalib olduğunu belə xatırlamır.

2018-ci ildə 90-cı Oskar mükafatlarının qalibi Guillermo Del Toronun “Suyun şəkli” (The Shape of Water) adlı fentezi dramı olub. Ancaq bunu respondentlərin cəmi 20%-i bilirmiş. Qeyd edək ki, sorğu bu il yanvarın 3-dən 6-nadək 2201 yetkin adam arasında keçirilib.

Respondentlərin 80%-i Guillermo Del Toronun “Suyun şəkli” (“The Shape of Water”) filminin 2018-ci ilin ən yaxşı filmi kimi Oskar mükafatına layiq görüldüyünü deyə bilməyib.
Respondentlərin 80%-i Guillermo Del Toronun “Suyun şəkli” (“The Shape of Water”) filminin 2018-ci ilin ən yaxşı filmi kimi Oskar mükafatına layiq görüldüyünü deyə bilməyib.

2017-ci ilin nominantlarına gəlincə, insanların çoxu Emma Stone və Ryan Gosling-in çəkildiyi “La La Land” müziklinin ötən il ən yaxşı film nominasiyasında qalib olduğunu düşünür. Əslində isə bu nominasiyada Barry Jenkins-in “Ay işığı” (Moonlight) dramı qalib olub. Düzgün cavabı respondentlərin cəmi 12 faizi verə bilib. Axı, həm də 2017-ci ildə Oskar mükafatlarının təqdimetmə mərasimində zərf insidenti yaşanmışdı. Zərflər qarışıq düşdüyündən aparıcılar öncə qalib kimi “La La Land”in adını açmışdılar. Sonradan düzgün zərfi açaraq bir neçə dəfə “Moonlight” filminin qalib olduğunu elan etmişdilər.

Amma bundan bir il öncə belə bir səhv olmamışdı. 2016-cı ildə daha çox amerikalı, respondentlərin 13 faizi “Sağ qalmış” (“The Revenant”) filminin ən yaxşı film nominasiyasında birinci olduğunu demişdi. Əsl qalibsə “Diqqət mərkəzində” (Spotlight) filmi idi. Respondentlərin cəmi 5 faizi bunu bilib.

“12 İLLİK QUL” İSTİSNADIR

Bu trend 2015-ci il üçün də keçərli olub. Daha çox respondent (11 faiz) “Amerikan snayperi” (American Sniper) filminin qalib olduğunu deyib. Əslində isə həmin il ən yaxşı film üçün Oskar “Quş adam” (Birdman) filminə verilib. Respondentlərin yalnız 9 faizi “Birdman” cavabını verib.

Respondentlərin çoxu (17 faizi) “12 illik qul” (12 Years a Slave) filminin qalib olduğunu deyib
Respondentlərin çoxu (17 faizi) “12 illik qul” (12 Years a Slave) filminin qalib olduğunu deyib

2014-cü il istisna olub. Həmin il keçirilən sorğuda respondentlərin çoxu (17 faizi) “12 illik qul” (12 Years a Slave) filminin qalib olduğunu deyib. Qeyd edək ki, həmin il nominantlar arasında “Uoll-strit canavarı” (The Wolf of Wall Street) filmi də olub. Respondentlərin cəmi 8 faizi onun qalib olduğunu düşünürmüş.

Amerikalıların çoxunun Oskar qaliblərini tanımaması fikri təəccüb doğurmamalıdır. Son beş ildə qalib filmlərin heç birinin ölkə daxilindəki kassa gəlirləri 100 milyon dolları aşmayıb. Ötənilki qalib “Suyun şəkli” filmi cəmi 63 milyon dollar toplaya bilib. “12 illik qul” filmi 56 milyon dollar, “Diqqət mərkəzində” 45 milyon, “Quş adam” 42 milyon”, “Ay işığı” cəmi 27 milyon dollar toplayıb.

Bundan başqa, bu müddət ərzində ABC kanalında Oskar mükafatlarının təqdimetmə mərasimlərinin izlənmə sayında da azalma qeydə alınıb. 2014-cü ildə bu mühüm kino hadisəsini 43,7 milyon tamaşaçı izləyirdisə (yeri gəlmişkən, həmin il aparıcı Ellen DeGeneres idi), 2015-ci ildə bu say 36,6 milyona, 2016-cı ildə 34,4 milyona, 2017-ci ildə isə 32,9 milyona, 2018-ci ildə isə 26,5 milyona enib.

XS
SM
MD
LG