Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:45

Azərbaycan filmi Oskar mükafatının 'long-list'ində


Amerika Kino Akademiyası 2018-ci ilin Oscar mükafatı uğrunda mübarizə aparacaq xarici filmlərin siyahısını açıqlayıb.

92 filmlik siyahıda Azərbaycandan Oskara təqdim edilmiş "Nar bağı" filmi də var.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salardır.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

“Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Film Rusiyadan qayıdan oğulun xəlvətcə öz atasının nar bağını satmasından, bu pulla Rusiyada girov götürülən qızını azad etmək istəyindən bəhs edir...

Uzun siyahıya Türkiyədən Can Ulkayın "Ayla", Ermənistandan Anahit Abadın "Yeva", Gürcüstandan isə Ana Uruşadzenin "Qorxunc ana" filmləri düşüb.

90-cı Oskarın qısa siyahısı gələn il yanvarın 23-də elan ediləcək.

Mükafatlandırma mərasimi isə martın 4-də olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG