Keçid linkləri

2025, 17 Yanvar, Cümə, Bakı vaxtı 07:28

Ağ Ev: Xüsusi əməliyyat nəticəsində Osama Bin Ladenin oğlu öldürülüb


Hamza bin Laden
Hamza bin Laden

Terrorçu “Al Qaeda” təşkilatının başçısı Osama Bin Ladenin oğlu Hamza ben Laden öldürülüb. Açıqlamada onun Amerika Birləşmiş Ştatlarının keçirdiyi xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilir.

Bu barədə şənbə günü -sentyabrın 14-də Ağ Ev məlumat yayıb. Məlumatda qeyd olunur ki, o Pakistan- Əfqanıstan sərhədi yaxınlığında öldürülüb.

"Hamza bin Ladenin itkisi al-Qaedani vacib rəhbərlik bacarığından və atası ilə simvolik əlaqədən məhrum etməklə yanaşı, qrupun mühüm əməliyyat fəaliyyətini də pozur" -deyə açıqlamada bildirilir.

Təxminən 30 yaşında olduğu güman edilən Hamzanin 2001-ci ilin 11 sentyabr terrorundan əvvəl Əfqanıstanda atasının yanında olduğu bildirilir.

Atasının ödürlməsindən sonra qərb paytaxtlarında terror aktlarına çağırış etdiyi və atasının ölümünə görə ABŞ-dan qisas alacağı ilə bağlı təhdidlərdən sonra Dövlət Departamenti 2017-ci ildə onu beynəlxalq terrorçu elan edib.

Reuters agentliyi hələ iyulun 31-də məlumatlı ABŞ rəsmisinə istinadla Hamzanın öldürüldüyünü yazmışdı. Sentyabrın14-də verilən bəyanatla ABŞ hökuməti ilk dəfə əməliyyatı təsdiqləyib.

Terrorçu “Al Qaeda” təşkilatının başçısı Osama Bin Ladenin özü 2011-ci il mayın 2-də ABŞ-ın Pakistanda apardığı xüsusi əməliyyat nəticəsində öldürülüb.

XS
SM
MD
LG