Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Moskva Vaşinqtonu ‘tarixi müqavilədən’ çıxmamağa çağırır


ABŞ milli təhlükəsizlik müşaviri John Bolton (solda) və Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev oktyabrın 22-də Moskvada görüşüblər
ABŞ milli təhlükəsizlik müşaviri John Bolton (solda) və Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev oktyabrın 22-də Moskvada görüşüblər

Rusiyanın vəzifəli rəsmiləri deyirlər ki, ABŞ-ın SSRİ ilə 1987-ci ildə imzalanmış tarixi nüvə sazişindən çıxması “dünyanı daha təhlükəli bir yer” edə bilər.

Onlar bunu da əlavə edirlər ki, Moskva qüvvələr tarazlığını bərpa etmək üçün addımlar atmalı olacaq.

Oktyabrın 22-də Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton Moskvada Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev-lə danışqlar aparıb.

ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların 1987-ci il Ortamənzilli Raketlərə dair 1987-ci il müqaviləsindən çıxmaq niyyətini bəyan edib. Bundan iki gün sonra Kremlin sözçüsü Dmitry Peskov və xarici işlər naziri Sergei Lavrov Vaşinqtona xəbərdarlıq ediblər.

ABŞ-ın Avropa müttəfiqləri də Vaşinqtonun bu qərarından narahatlıq ifadə ediblər. Onlar Moskva və Vaşinqtonu “müqavilənin saxlanması” naminə danışıqlar aparmağa çağırıblar.

Peskov deyib ki, Rusiya bu ölkədə səfərdə olan Bolton-dan ABŞ-ın qərarı barədə “müəyyən izahat” istəyir.

Lavrov bu barədə deyib: "Bu strateji təhlükəsizlik məsələsidir. Mən bir daha təkrar edirəm. Belə niyyətlər dünyanı daha təhlükəli edə bilər”.

Lavrov xəbərdarlıq edib ki, Moskva cavab addımları atmağa məcbur olacaq:

"Bu sahədə istənilən hərəkət əks-hərəkətə səbəb olacaq. Çünki strateji sabitlik yalnız paritet üzərində bərqərar ola bilər. Belə bir paritet istənilən şəraitdə bərpa olunacaq. Biz qlobal sabitliyə görə məsuliyyət daşıyırıq və Birləşmiş Ştatların da öz məsuliyyət payını saxlamasını istəyirik”.

Qısa adı ingiliscə INF olan müqavilə Birləşmiş Ştatlar və Rusiyaya yerdən atılan ortamənzilli ballistik raketlərin istehsalını və yerləşdirilməsini qadağan edir. Ortamənzilli raketlər dedikdə 500 kilomterdən 5500 kilometrədək uça bilən raketlər nəzərdə tutulur.

Peskov ABŞ-ın Moskvanın bu müqavilənin şərtlərini pozması barədə ittihamlarını inkar edib. O bununla yanaşı bildirib ki, ABŞ hələlik bu müqavilədən çıxmaq üçün praktik addımlar atmayıb.

Boltion oktyabrın 22-də Patrushev-lə, daha sonra Lavrovla görüşüb. Onun oktyabrın 23-də Putinlə görüşəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG