Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 12:34

Prezidenti 15 min maaş alan ölkədə orta maaş niyə 538 manatdır?


Deputat müəllimdən 10 qat çox maaş alır: əməkhaqqı hansı prinsiplə bölünür?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Deputat müəllimdən 10 qat çox maaş alır: əməkhaqqı hansı prinsiplə bölünür?

Dövlət Statistika Komitəsinin bu gün, iyunun 11-da yaydığı məlumata görə 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta aylıq əməkhaqqı 538 manata çatıb. Bu ötən ilin ilk altı ayı ilə müqayisədə 3.5 faiz artım deməkdir.

İqtisadçı, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Toğrul Maşallı deyir ki, Azərbaycanda dövlət qurumlarında çalışanların əməkhaqları arasında böyük bir fərq var. Beləki, bir tərəfdə azı 2 min manat maaşı alan millət vəkilləri, hakimlər, obudsman və başqaları var, digər tərəfdə isə aşağı əməkhaqqı alan həkimlər, müəllimlər, sosial işçilər:

“Yüksək vəzifəli dövlət qulluqçularından, məmurlardan başqa digərlərinin maaşı 350-500 manat arasında dəyişir. Yalnız yüksək vəzifəli məmurların və dövlət qulluqçularının maaşı bundan bir qədər yüksəkdir. Əgər biz dövlətə məxsus şirkətlərə baxsaq, ən yüksək maaşlar Dövlət Neft Şirkəti olan SOCAR-dadır. Amma dövlət maaş müəyyən edərkən, ancaq minimum əməkhaqqına və İstehlak səbətinə əsaslanır. Ona görə də digərlərinin maaşları daha aşağıdır”.

21 il ibtidai sinif müəlliməsi işləyən Aysel Məmmədova deyir ki, 9 ildir maaşların azlığı səbəbindən müəllimliyin daşını atıb. Tam başqa sahədə çalışır:

“Yəni, aldığım əməkhaqqı qane etmirdi məni. Əsəb, stress, valideynlərin hərəsi gəlib bir söz deyirdi. Amma bu gün bir balaca normaldır”.

Millət vəkili Vahid Əhmədov da razılaşır ki, Azərbaycanda əməkhaqları arasında böyük bir uyğunsuzluq var. Amma o düşünür ki, hökumət zamanla bu fərqi aradan qaldıra bilər:

“Çünki birdən-birə maaşların hamısını eyni səviyyəyə gətirib çıxarmaq qeyri-mümkündür. Son vaxtlar dövlət büdcəsindən maliyyələşən həkimlər, müəllimlərin maaşları ilə bağlı müəyyən addımlar atılıb. İndi attestasiyadan keçən, yüksək qiymətlər alan müəllimlərin maaşlarında ciddi artımlar var. Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müəllimlərin maaşlarına mütamadi baxılır. Düzdür, yüksək səviyyətdə addımlar olmasa da, 10-15 faiz artımlar olur. Maaşları birdən-birə artırmaq da qeyri-mümkündür çünki bu inflyasiyaya gətirib çıxara bilər”.

Bəs, hökumət maaş siyasətini necə aparır? Məsələn, hökumət necə müəyyənləşdirir ki, insan haqları müvəkkili ayda 2230 manat, müəllim deyək ki, 350 manat alsın.

Azərbaycanda prezident 15 min manat, milli məclisin sədri əlavələrlə birlikdə ayda 4712 manat, sıravi millət vəkili bunun 70 faizi qədər, yəni, 2887 manat əməkhaqqı alır. Ali məhkəmənin sədri 2280 manat maaş alır. Müəllimlərin və həkimlərin orta aylıq əməkhaqqı isə 300-400 manat civarındadır. İqtisaçdı, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Toğrul Maşallı deyir ki, Azərbaycandan fərqli olaraq, inkişaf etmiş ölkələrdə hökumət dövlət qurumlarında çalışanlara daha yüksək maaş verir:

“Bu sahədə problemlərin, korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün onlara nisbətən daha çox əməkhaqqı verirlər. Eyni zamanda dövlət məktəb, xəstəxanalarında çalışanlara da nisbətən yüksək maaş verir, çünki onları dövlət qurumlarında çalışmağa cəlb etmək lazımdır”.

Buna görə də Toğrul Maşallı özəlliklə, müəllimlərin, həkimlərin və digər sosial işçilərin maaşlarının artırılmasına ciddi ehtiyac olduğunu vurğulayır.

AzadlıqRadiosu Bakı sakinləri arasında Azərbaycanda maaşlar barəsində sorğu keçirib:

Sizcə, Azərbaycanda kimlərin maaşı artırılmalı, kimlərinki azaldılmalıdır?
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Prezident seçkiləri ərəfəsində müəllimlərin, həkimlərin maaşları 10 faiz artırıldı. Prezident seçkisindən sonra isə hakimlər, millət vəkilləri, insan haqları müvəkkillərinin maaşları qardırıldı. Məsələn, Ombudsmanın maaşı 205 manat artaraq, 2230 manat olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG