Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:45

Azərbaycan Milli Ordusunun yaradılması günüdür


Azərbaycan ordusu, arxiv foto

Bu gün, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günüdür.

Silahlı Qüvvələrin yaranmasından 101 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb.

1992-1998-ci illər arasında (1920-ci ildən 1991-ci il oktyabrın 18-nəkimi SSRİ-nin tərkibində olan Azərbaycanda Milli Ordu günü qeyd edilməyib) Azərbaycan Milli Ordusunun yaradılması günü kimi oktyabrın 9-u qeyd edilib.

Amma 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Yeni dəyişikliyə əsasən həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.

Həmin tarixdə 1918-ci il mayın 28-də yaradılan və Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci il aprelin 27-də süqut edən AXC silahlı qüvvələrin əsası qoyulub.

9 oktyabr tarixi isə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi 1991-ci ilə təsadüf edir. Onda müstəqillik elan edilməzdən cəmi 9 gün öncə, müdafiə məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin ilk batalyonlarının əsası qoyulmuşdu.

2018-ci ildə Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi təntənəli qeyd edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG