Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Fevral, bazar, Bakı vaxtı 18:31

‘Ordu məbədində’ Putinin atasının portreti də olacaq


Vladimir Putin atasının portreti ilə "Ölməz batalyon" yürüşündə (2016-cı il)

Rusiya prezidneti Vladimir Putinin atasının fotoşəklindən Rusiya Silahlı Qüvvələrinin Moskva ətrafındakı Kubinkada yerləşəcək baş məbədinin tərtibatında istifadə olunacaq.

AzadlıqRadiosunun Rus xidməti Rusiya mediasına istinadən bildirir ki, Böyük Vətən Müharibəsinin iştirakçısı Vladimir Spiridonovich Putinin fotosu Müdafiə Nazirliyinin “Yaddaş yolu” layihəsinin saytında görünüb.

Müharibə iştirakçılarının bu saytda çap olunmuş fotoları məbədə aparan qalereyanın divarlarından asılacaq.

Layihənin internet saytında deyilir ki, “bu portretlər və onlara əlavə edilmiş əlyazma nümunələri əbədi olaraq həmvətənlərin və gələcək nəsillərin yaddaşında qalacaq”.

Qalereyanın uzunluğu müharibənin gün sayını əks etdirərək 1418 addım olacaq.

Bu qalereyada neçə portetin olacağı barədə məlumat verilmir.

Peskov: “Prezidentin rolu olmayıb”

Vladimir Putinin mətbuat katibi Dmitry Peskov deyib ki, atasının portretinin bazaya daxil edilməsində prezidentin heç bir rolu olmayıb.

“Açıq media” yazır ki, bu qalereyada Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin babası Vladimir Zelenskiy-nin də portreti olmalıdır.

Onun fotosu artıq “Yaddaş yolu” layihəsinin moderasiyasından keçib.

Yeri gəlmişkən, bu fotoda nəvə Zelenskiy-nin də görmək olur.

Silahlı Qüvvələrin baş məbədi dünyanın ən böyük on pravoslav kilsəsinin siyahısına daxil olacaq.

“Solsberi şübhəlisi” də ianə verib

Müdafiə naziri Sergei Shoigu deyib ki, məbədin tikintisi könüllü ianələr hesabına aparılır.

İanə verənlərin siyahısında bir çox məşhurlar, o cümlədən Rusiya hərbi kəşfiyyatının iddia olunan polkovniki Anatoly Chepiga da var.

Britaniya müstəntiqləri iddia edirlər ki, o Ruslan Boshirov adı altında Solsberidə Sergei və Yulia Skripalların zəhərlənməsində iştirak edib.

İanələri toplayan “Voskresenie” fondu bildirir ki, məbədin tikintisi üçün yığılan vəsait 3 milyard rublu (47 milyon dollar) keçib.

Məbədin qapıları

Bununla yanaşı “MBX Media” saytının fevralın 4-də yazdığına görə Rusiya Müdafiə Nazirliyi məbəd üçün ikonaların, mozaika və mebelin alınmasına 25 milyon rubl (400 min dollar) xərcləyəcək.

Bu məqsədlə fevralın 3-də dövlət sifarişləri portalında tenderin şərtləri yerləşdirilib.

Üç kontraktın üçü də yeganə təchizatçı ilə imzalanacaq. Onun adı açıqlanmır.

Ötən il Müdafiə Nazirliyi məbədin qapılarına 30 milyon rubl (475 min dollar) xərcləmişdi.

İsanın Dirilməsi Kilsəsinin – Silahlı Qüvvələrin Baş məbədinin açılışı 2020-ci ilin 9 mayına – Qələbənin 75-ci ildönümü gününə planlaşdırılıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG