Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 05:09

Orban ‘Mətbuat azadlığının düşmənləri’ siyahısında


Viktor Orban
Viktor Orban

Macarıstan RSF-in builki Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 92-ci yerdədir

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Macarıstanın Baş naziri Viktor Orbanı özünün illik “mətbuat azadlığının düşmənləri” siyahısına salıb. Avropa Birliyindən hökumət başçısı ilk dəfədir bu siyahıya salınır. Sözügedən sıralamada Şimali Koreya lideri Kim Conq-un, Suriya Prezidenti Bəşər əl-Əsəd və digərləri yer alır.

“Yırtıcı metodlar”

Media qurumunun iyulun 5-də yaydığı məlumata görə, Orban və onun Fidesz partiyası 2010-cu ildə hakimiyyətə gələndən “Macarıstanın media mənzərəsini addım-addım nəzarətə alıblar”.

“İctimai yayımçılar MTVA dövlət media holdinqinin əlində mərkəzləşib, buraya Macarıstanın yeganə xəbər agentliyi olan MTI da daxildir”, – RSF bildirir.

Qrup Orbanın media orqanlarını “yırtıcı metodlar”la hədəfə aldığını, “siyasi-iqtisadi maxinasiyalar, gözdənsalma, özünüsenzura”nı əhatələdiyini deyir.

500-dək media şirkəti holdinqə birləşdirilib

RSF qeyd edir ki, Macarıstanda regional mətbuat 2017-ci ilin yayından Orbana dost sahibkarların əlinə keçib.

“2018-ci ilin payızında 500-dək hökumətyönlü media şirkətinin fəaliyyətini mərkəzdən koordinasiya etməkdən ötrü holdinq şirkətinə birləşdirilib”, – RSF vurğulayır.

Macarıstan RSF-in builki Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 92-ci yerdədir.

“Mətbuat azadlığının düşmənləri” siyahısına bu azadlığı amansızcasına boğan 37 dövlət və hökumət başçısı salınıb.

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi, Rusiya Prezidenti Vladimir Putin, Belarusu idarə edən Alyaksandr Lukaşenka, Çeçenistan lideri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rahmon və Türkmənistandan Qurbanqulu Berdimuhammedov da siyahıda yer alıb.

XS
SM
MD
LG