Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Rusiya və Macarıstan nüvə reaktoru məsələsini müzakirə edib


Vladimir Putin (sağda) və Macarıstanın baş naziri Viktor Orban sentyabrın 18-də Moskvada görüşüblər
Vladimir Putin (sağda) və Macarıstanın baş naziri Viktor Orban sentyabrın 18-də Moskvada görüşüblər

Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban Macarıstanın Paks nüvə zavodunda iki yeni reaktorun titkilməsi barədə layihənin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

İki lider bu barədə bəyanatı sentyabrın 18-də Moskvada keçirilmiş danışıqlardan sonra veriblər.

Orban deyib ki, bu layihə Rusiya ilə əməkdaşlığın aparıcı sahəsi olmalıdır.

Putin də iki ölkə arasında “nüvə əməkdaşlığının inkişaf etdirilməsinə” tərəfdar olduğunu deyib.

Buna baxmayaraq Orban bildirib ki, sözü gedən layihənin həyata keçirilməsinə Avropa İttifaqının qaydaları, habelə lisenziyaların və icazələrin verilməsi barədə müddəalar əngəl törədir.

Rusiyanın Rosatom dövlət nüvə agentliyinin rəhbəri Aleksei Likhachev deyib ki, sözü gedən layihə yalnız lisenziya və icazələrin əldə olunmasından sonra başlaya bilər.

Bu ilin əvvəllərində Avstriya Macarıstandakı Paks nüvə zavodunun genişlənidirilməsi planlarına qarşı Avropa Komissiyasına rəsmi şikayət verib.

Ərazisində heç bir nüvə stansiyası olmayan Avstriya qonşu ərazilərdə də nüvə stansiyalarının tikintisinə etiraz edir.

Moskva və Budapeşt arasında planlaşdırılan bu layihənin ümumi qiyməti 12, 5 milyard avrodur və bunun 10 milyard avrosunu Rusiyanın verəcəyi kredit təşkil etməlidir.

Putin və Orban habelə qarşılıqlı ticarət, Rusiyadan qazın nəqli, Suriya və Ukrayna məsələlərini müzakirə ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG