Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 03:24

Oqtay Əsədov Çində səfərdədir

Oqtay Əsədov
Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasındadır. Onlar iyunun 19-da Çinə yola düşüblər.

Milli Məclisin mətbuat xdmətinin məlumatına görə, parlament nümayəndə heyətinin bu rəsmi səfəriÜmumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti əsasında baş tutub.

O.Əsədovun Ümumçin Xalq Nümayəndələri Məclisinin rəhbərliyi vəbaşqa rəsmi şəxslərlə görüşlər keçirəcəyi bildirilir.

Görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələrin aparılacağı qeyd edilir.

Səfər iyunun 23-də başa çatmalıdır.

This item is part of
XS
SM
MD
LG