Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Oqtay Əsədov: 'Vergi sistemində köklü islahatlar olacaq'


O.Əsədov
O.Əsədov

«2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb».

Milli Məclisin sədri Oqtay Əsədov bunu noyabrın 13-də parlamentdə 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı söyləyib.

AZƏRTAC-ın xəbərinə görə, parlamentin sədri əhalinin gəlirlərinin inflyasiyanı üstələdiyini vurğulayıb.

«2019-cu ilin dövlət büdcəsi sosial yönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq», - O.Əsədov deyib.

Sizdən olsaydı, büdcədə hansı sahələrə daha çox pul ayırardınız?
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

O, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsinin nəzərdə tutulduğunu ifadə edib. Ölkə prezidentinin bununla bağlı parlamentə təqdimatlar göndərdiyini bildirən O.Əsədov onların növbəti iclaslarda müzakirə ediləcəyini vurğulayıb: «Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır».

O.Əsədova görə, sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarəti vergi orqanlarının həyata keçirməsi, sahibkarlığa vergi güzəştlərinin müəyyən edilməsi, qeyri-neft sektorunda çalışanların vergidən azad olunması dövlət büdcəsinin artımına gətirib çıxaracaq.

«Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək», - deyə Milli Məclisin sədri qeyd edib.

Ş.Mustafayev
Ş.Mustafayev

«Qeyri-neft sektorunda artım 3.9 faiz olacaq»

İqtisadiyyat naziri Şahin Mustafayev isə çıxışında yeni iş yerlərinin açılacağından bəhs edib.

«Həyata keçiriləcək kompleks tədbirlər nəticəsində iqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3.9 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz olacağı proqnozlaşdırılır», - nazir deyib.

Xatırlatma

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Layihədə neftin bir bareli 60 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir bareli 70 dollardan baha satılır.

2018-ci ilin dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd, xərcləri isə 23.061 mlrd. manatdır. Bu il neftin bir bareli 45 dollar götürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG